BolgeXeber.Com » Xəbərlər » Premyer Liqanının yayım hüququnu Rövnəq Abdullayevin kanalı aldı- 700 minə

Premyer Liqanının yayım hüququnu Rövnəq Abdullayevin kanalı aldı- 700 minə

4-08-2015, 15:38
Oxunub: 2 814 Premyer Liqanının yayım hüququnu Rövnəq Abdullayevin kanalı aldı- 700 minəCBC TV kanalı Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Peşəkar Futbol Liqası Premyer Liqa oyunlarının televiziya yayımı ilə bağlı elan etdiyi tenderin qalibi elan olunub

“Qafqazinfo” xəbər verir ki, “ TV Premyer Liqa oyunlarını qeyd olunan şərtlər daxilində 1 il ərzində yayımlamaq hüququna görə AFFA-ya 700 min manat ödəyəcək.

Yayım haqqı üçün ödənilən bu vəsait AFFA və PFL tərəfindən Premyer Liqa klubları arasında bərabər şəkildə bölünəcək.

İlkin razılığa əsasən, CBC beynəlxalq peyk TV olduğuna və xarici dillərdə yayımlandığına görə ilk aylar oyunların şərhi rus dilində olacaq. Azərbaycan dilində isə AFFA-nın youtube (AFFA Official) kanalında yayımlanacaq.

CBC Sport kanalı açıldıqdan sonra şərhlər Azərbaycan dilində olacaq. CBC TV çəkilişləri peşəkar səviyyədə - stadiondan asılı olaraq 8-12 kamera ilə həyata keçirməyi, yaxın müddət ərzində idman kanalı açmağı və yayım hüququnu o kanala vermək öhdəliyini də üzərinə götürüb.

Xatırladaq ki,“ATV İnternational” “Azad Azərbaycan” televiziya kanalından ayrılaraq SOCAR Media İctimai Birliyinin nəzdində fəaliyyət göstərir.

ATV-nin prezidenti Vüqar Qaradağlı bir müddət əvvəl demişdi ki, rəhbərlik etdiyi Azad Azərbaycan televiziya kanalı elə ilk gündən milli-dövlətçilik istiqamətində fəaliyyət göstərib. Lakin müasir texnologiyalardan istifadə məsələsində problemlər yarandığından, kanalın reklam qurumu olmadığından bir sıra çətinliklərlə üzləşiblər. Belə olan təqdirdə qərara alınıb ki, “ATV İnternational” satışa çıxarılsın və ARDNŞ tərəfindən gələn təklif dəyərləndirilib.

Onu da qeyd edək ki, hazırda kanalda fars, erməni, rus, ingilis dillərində xəbərlər yayımlanır. Xarici ölkələrdə müxbir məntəqələrinin yaradılması da nəzərdə tutulub.
Bolgexeber.com