"Coca-Cola" Azərbaycanda qiymətləri qaldırır
4-08-2015, 19:14
Oxunub: 2 976
C.Becel qeyd edib ki, bu ilin fevral ayında Azərbaycanda aparılan milli valyutanın devalvasiyası şirkətin məcmu gəlirlərinə mənfi təsir göstərib
"Azerbaijan Coca-Cola Bottlers" (ACCB) istehsal etdiyi məhsulların daxili bazarda satış qiymətlərinin artırılması təklifi ilə İqtisadiyyat və Sənaye Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqların Müdafiəsi Dövlət Xidmətinə müraciət edib. ACCB-nin baş direktoru Cem Becelin "Report"a verdiyi məlumata əsasən, hazırda şirkətin bununla bağlı təklifləri Dövlət Xidməti tərəfindən araşdırılır, müvafiq hesablamalar aparılır. Prosesin yekununda məsələ ilə bağlı yekun qərar qəbul olunacaq.
C.Becel qeyd edib ki, bu ilin fevral ayında Azərbaycanda aparılan milli valyutanın devalvasiyası şirkətin məcmu gəlirlərinə mənfi təsir göstərib.
"Şirkətin satışla bağlı statistik göstəriciləri artıq Antiinhisar Xidmətinə təqdim olunub. Dövlət Xidməti hesablamalar apardıqdan sonra şirkətə dəyən zərərin həcmini və mümkün artımın nə qədər ola biləcəyini bildirəcək və qiymət artımının nə qədər olacağı onda müəyyənləşəcək", - ACCB-nin baş direktoru deyib.
Baş direktor bildirib ki, ölkədə milli valyutanın devalvasiyası prosesi davam edərsə, bu, gələcəkdə şirkətin gəlirlərinə daha böyük mənfi təsir göstərə bilər.
Azərbaycanda rəqib markaların "Coca-Cola"nın satışına təsirindən danışan C.Becel bu məsələlərin satışın həcminə heç bir təsir etmədiyini və şirkətin bazardakı liderliyi qoruduğunu bildirib: "Bazarın 60%-dən çoxunun əhatəsi bir markanın əlindədirsə, digər markalarla rəqabətdə hələ narahat olmağa dəyməz".
Bolgexeber.com
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 25-03-2024, 17:47 : Zamiq Hüseynov: “Kiminsə sözü məni narahat etmir”
Şou-Biznes / Xəbərlər