33 yaşlı dəb ilahəsi rusiyalı oliqarxı atdı — FOTO
18-08-2015, 11:32
Oxunub: 3 668
Rusiyalı dizayner Ulyana Sergeyenko həyat yoldaşı və «Rosqosstrax» şirkətinin prezidenti Danil Xaçaturovu tərk edib. Belə ki, əvvəllər tanınmış dizayneri moda həftələrinin nümayişi zamanı müşayiət edən oliqarx həyat yoldaşı artıq bir neçə ildir ki, tək qoyub.
Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, cütlüyün münasibətlərinin hansı səbəbdən korlanması hələlik məlum deyil. Bu yaxınlarda isə jurnalistlər Ulyana Sergeyenkonu Kiyevdə başqasıyla görüntüləyiblər. Üstəlik, 33 yaşlı gözəl gecə klublarında və restoranlarda özünü kifayət qədər sərbəst aparıb. O, pərəstişkarları ilə görüşüb, doyunca rəqs edib. Lakin pərəstişkarları və jurnalistlər dizaynerin yeni sevgilisinin kimliyini müəyyən edə bilməyiblər.
Xatırladaq ki, 2008-ci ilin avqustunda Xaçaturov öz keçmiş həyat yoldaşından Ulyana Sergeyenkoya görə ayrılmışdı. Onların səs-küylü boşanma prosesinin nəticəsində milyonçunun 15 illik həyat yoldaşı təzminat olaraq onun sərvətinin yarısını almışdı. Dünyanın ən varlı kişiləri siyahısında qərarlaşan Danilin sərvətinin yarıbayarı azalması da Danilanın Ulyana ilə evlənməsinə mane olmamışdı. Elə həmin il məşhur modapərəst Rusiyanın ən zəngin iş adamı ilə evlənmişdi. Cütlüyün bu nikahdan bir qızı var.Bolgexeber.com
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə