BolgeXeber.Com » İdman » "Qarabağ" səfərdə “Yanq Boyz”a qalib gəldi-VİDEO

"Qarabağ" səfərdə “Yanq Boyz”a qalib gəldi-VİDEO

21-08-2015, 10:30
Oxunub: 3 719 "Qarabağ" səfərdə “Yanq Boyz”a qalib gəldi-VİDEORiçard Almeydanın 67-ci dəqiqədə vurduğu qol "Qarabağ"a minimal hesablı qələbə qazandırıb - 1:0


Bu gün Avropa Liqasında pley-off mərhələsinin ilk oyunları keçirilib.

Qol.Az-ın məlumatına görə, Azərbaycan çempionu “Qarabağ” da turnirdə növbəti oyununa çıxıb.

Qurban Qurbanovun komandası İsveçrənin “Yanq Boyz” klubu ilə üz-üzə gəlib. Ötən mövsüm qrup mərhələsinə vəsiqə qazanan təmsilçimiz bu dəfə də ən azı həmin uğurunu təkrarlamağa çalışacaqdı. Bunun üçün səfərdə keçirilən ilk oyunda sərfəli nəticə qazanmaq lazım idi ki, son Azərbaycan çempionu da bunu bacarıb. Riçard Almeydanın 67-ci dəqiqədə vurduğu qol "Qarabağ"a minimal hesablı qələbə qazandırıb - 1:0.

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü bir həftə sonra Bakıda keçiriləcək.


20 avqust

Avropa Liqası, pley-off mərhələsinin ilk oyunlar


23:00. “Yanq Boyz” (İsveçrə) - “Qarabağ” (Azərbaycan) - 0:1
Qol: Riçard Almeyda, 67 (0:1)
Hakimlər: Vladislav Bezborodov, Nikolay Qolubev, Maksim Qavrilin (hamısı Rusiya)
Bern. “Stad de Suiss”

"Yanq Boyz": Mvogo, Milan Vilotiç, Von Bergen, Yan Lekyaks, Skot Sutter, Leonardo Bertone, Miralem Süleymani, Milan Qayiç, Rafael Nuzzolo, Yuya Kubo, Qiyom Oaro

Ehtiyat oyunçular: Marko Völfli,Floren Haderqyonay, Qreqori Vütriç, Denis Zakariya, . Aleksandr Qonzalez, Haris Tabakoviç, Samuel Afum

"Qarabağ": İbrahim Şehiç, Qara Qarayev, Rəşad Sadıqov (k), Riçard Almeyda, Ansi Aqolli, Dani Kintana, Bədavi Hüseynov, Reynaldo, Alharbi Əl Jadeyaoui, İlqar Qurbanov, Cavid Tağıyev

Ehtiyat oyunçular: Fərhad Vəliyev, Elvin Yunuszadə, Vüqar Mustafayev, Elvin Məmmədov, Raydell Puponu, Coşqun Diniyev, Əfran İsmayılov
Bolgexeber.com