BolgeXeber.Com » Şou-Biznes » Roza Zərgərli açıq-saçıq şəkillərindən danışdı: "Montajdır"

Roza Zərgərli açıq-saçıq şəkillərindən danışdı: "Montajdır"

26-08-2015, 18:17
Oxunub: 56 174 Roza Zərgərli açıq-saçıq şəkillərindən danışdı: "Montajdır""Görürəm ki, susmağım bəzilərinə sərf edib"

Müğənni Roza Zərgərli mediada yayılan açıq-saçıq şəkillərindən danışıb. Lent.az-a açıqlama verən ifaçı bildirib ki, yayılan fotolar montajdır: “Bir neçə xəbər portalı barəmdə həqiqəti əks etdirməyən yazılar dərc ediblər. Montaj olunmuş şəkil paylaşaraq, mənim imicimə zərbə vurmağa çalışırlar. Bu şəkillər 2013-ci ildən etibarən sosial mediada yayılıb. Amma fotolardakı mən olmadığıma görə susmuşam. Görürəm ki, susmağım bəzilərinə sərf edib. Demək istəyirəm ki, bu fotolar montajdır. Həmin şəkilləri mənim adıma çıxan bəzi saytlar isə məhkəmə qarşısında cavab verməli olacaq. Maraqlıdır ki, mən yeni bir layihə təqdim edən kimi barəmdə qara piara başlayırlar. Demək olar ki, mən bu yay dincəlmədim. Azərbaycanımızın gözəl guşələrində konsertlər verdim. Yay turnesi çərçivəsində bir neçə rayonda da konsertlərim nəzərdə tutulub. Yəni şou-biznesdə olan düşmənlərimə demək istəyirəm ki, bu cür qara piarlarla mənə təsir edə bilməyəcəksiniz. Allah hər şeyi görür”.
Bolgexeber.com
Roza Zərgərli açıq-saçıq şəkillərindən danışdı: "Montajdır"
Roza Zərgərli açıq-saçıq şəkillərindən danışdı: "Montajdır"