BolgeXeber.Com » İdman » "Qəbələ" Afinada tarix yazdı-VİDEO

"Qəbələ" Afinada tarix yazdı-VİDEO

28-08-2015, 10:08
Oxunub: 3 459 "Qəbələ" Afinada tarix yazdı-VİDEOAvropa Liqasının "pley-off" mərhələsinə yekun vurulur. Qaynar.info хəbər verir ki, Azərbaycanı turnirdə təmsil edən "Qəbələ" cavab matçına səfərdə çıxıb

Premyer Liqanın bürünc mükafatçısı Yunanıstanda "Panatinaikos"un qonağı olub. Bakıda 0:0 hesablı heç-heçəyə razılaşan "Qəbələ" Afinada iki dəfə hesabda önə keçsə də, üstünlüyü qoruya bilməyib. Hesabı 6-cı dəqiqədə Rikardinyonun ötürməsini qola çevirən Dodo açıb. Yunanlar buna Markus Berq 34-cü dəqiqədə vurduğu qolla cavab verib. Dodo 60-cı dəqiqədə yenə Rikardinyonun ötürməsindən sonra fərqlənib. 78-ci dəqiqədə Nano yenidən oyunda tarazlıq yaradıb və oyun 2:2 hesabı ilə başa çatıb.

Hər iki oyun heç-heçə başa çatsa da, "Qəbələ" səfər qolu hesabına qrup mərhələsinə vəsiqə qazanıb. Bu "qırmızı-qaralar"ın tarixində ilk belə haldı. Beləliklə, bu mövsüm Azərbaycan Avropa Liqasının qrup mərhələsində ilk dəfə iki klubla təmsil olunacaq - "Qarabağ" və "Qəbələ".

Qeyd edək ki, "Panatinaikos" klubu 1908-ci ildə yaradılıb. Afina təmsilçisi 107 il ərzində 20 dəfə Yunanıstan çempionu, 18 dəfə ölkə kubokunun, 5 dəfə Super Kubokunun qalibi olub, 1971-ci ildə Çempionlar Liqasında final oynayıb. Ötən mövsüm ölkə Super Liqasını 2-ci pillədə tamamlayan komandaya Yannis Anastasiu başçılıq edir.

"Qəbələ" bundan əvvəlki 3 mərhələdə Gürcüstanın "Dinamo" (1:2, 2:0), Serbiyanın "Çukariçki" (0:1, 2:0) və Cənubi Kiprin "Apollon" (1:1, 1:0) klublarını mübarizədən kənarlaşdırıb. "Panatinaikos" isə bu mövsüm avrokuboklarda mübarizəyə Çempionlar Liqasının III təsnifat mərhələsindən başlayıb. Həmin mərhələdə "Brügge"yə uduzan (0:3, 2:1) uduzan Afina təmsilçisi Avropa Liqasının "pley-off"unda mübarizəni davam etdirmək hüququ qazanıb.

Avropa Liqası
Pley-off mərhələsi
Cavab oyunu

27 avqust
Panatinaikos (Yunanıstan) - Qəbələ (Azərbaycan) 2:2
Qollar: Markus Berq, 34 (ötürmə - Nikos Karelis). Nano, 78 - Dodo, 6 (ötürmə - Rikardinyo); 60 (ötürmə - Rikardinyo).
Panatinaikos: 15. Luke Steele, 4. Giorgos Koutroubis, 9. Markus Berq, 10. Zeka (k), 19. Nikos Karelis (7. Viktor Klonaridis, 67), 20. Efstatios Tavlaridis, 21. Nano, 24. Serxio Sançes, 28. Kristos Bourbos (8. Anastasios Laqos, 77), 29. Sotiris Ninis, 32. Daniel Pranyiç (33. Mladen Petriç, 66).
Ehtiyat oyunçular: 1. Stefanos Kotsolis, 12. Nikos Marinakis, 14. Abdul Jeleel Ayagun, 23. Nikos Kaltsas.
Baş məşqçi: Giannis Anastasiu.
Qəbələ: 22. Dmitri Bezotosnı, 3. Voyislav Stankoviç, 6. Rəşad Sadıqov, 7. Ermin Zets (4. Elvin Camalov, 86), 9. Sergey Zenyov, 10. Dodo (k), 15. Vitali Vernidub, 19. Aleksey Qay, 20. Rikardinyo, 21. Arif Daşdəmirov, 69. Aleksey Antonov.
Ehtiyat oyunçular: 33. David Pietrzkieviç, 5. Georgi Floresku, 8. Məhəmməd Mirzəbəyov, 11. Asif Məmmədov, 17. Qismət Əliyev, 66. Samir Zərgərov.
Baş məşqçi: Roman Qriqorçuk.
Sarı vərəqələr: Markus Berq, 40. Zeka, 52. Nano, 73. Efstatios Tavlaridis, 90+1 - Vitali Vernidub, 39. Aleksey Qay, 63. Rikardinyo, 78.
Hakimlər: İvan Krujilak, Tomas Somolani, Tomas Mokoş, Peter Kraloviç (Slovakiya).
Hakim-inspektor: Manuel Mexuto Qonzales (İspaniya).
UEFA nümayəndəsi: Volfqanq Tiyerixter (Avstriya).
Afina. Apoastolos Nikolaidis stadionu.