BolgeXeber.Com » Bölgə » Qazax səhiyyəsində həkim problemi... - Nazirlik isə hələ də seyrçidir...

Qazax səhiyyəsində həkim problemi... - Nazirlik isə hələ də seyrçidir...

28-08-2015, 10:44
Oxunub: 3 209 Qazax səhiyyəsində həkim problemi... - Nazirlik isə hələ də seyrçidir...İnsani keyfiyyətlərə sığmayan vəziyyətin biri də odur ki, Sərhəd Nağdalıyevin yatağa düşdüyü bu 3 ay müddətində onu ömürlük şikəst edən Aynur Vəliyeva, 1 dəfə də olsun ona baş çəkməyib

Əvvəllər də mətbuat səhifələrində gündəmdən düşməyən Qazax Müalicə Diaqnostika Mərkəzinin həkim-anestezioloqu Aynur Vəliyeva haqqında iddialar bu gün də dildə-ağızdadır. Onun Qazaxda 3-cü şəxsi, yəni yaşı 50-dən yuxarı olan Səhrəd Nağdalıyevi də iflic etməsi hec cürə bağışlanılmazdır. Qeyd etdiyimiz kimi, ayağının sınmasına görə, həmin nahiyəyə bərkidilmiş dəmir materialın çıxarılmasından ötrü Qazax Müalicə Diaqnostika Mərkəzinə müraciət edən Nağdalıyev anestezioloq Aynur Vəliyevanın səhlənkarlığına tuş gəlib. Xəstəni keyləşdirmək üçün belindən iynə vuran həkim onun onurğa sinirinə dəyib. Nəticədə, xəstə belindən aşağı iflic olub. Hazırda 3 aydan artıqdır aşağı orqanları işləmir və yataq xəstəsinə çevrilib.

Məsələ ictimailəşdikdən sonra, diaqnostikanın baş həkimi Kamandar İbrahimov Aynur Vəliyevanı “tibb tarixinə yenilik etməklə” töhmət verərək, 2 aylıq işdən kənarlaşdırıb. Sonradan həkimi təzədən işə qaytarıb. İndi sən gəl İbrahimovun məqsəd və məramını başa düş... Baş həkimin baş sındırarq qanunamüvafiq olmayan şəkildə gördüyü cəza tədbiri yalnız gülüncdən savayı bir şey deyil. Əslində isə həkim Aynur Vəliyeva təxirə salınmadan işdən azad edilməliydi.

Demək insan həyatı ilə oynayan, içdikləri Hippokrat andına dönük çıxanlar nə istəsən edə bilərlər. İnsani keyfiyyətlərə sığmayan vəziyyətin biri də odur ki, Sərhəd Nağdalıyevin yatağa düşdüyü bu 3 ay müddətində onu ömürlük şikəst edən Aynur Vəliyeva, 1 dəfə də olsun ona baş çəkməyib. Belə hal, görəsən Aynurun öz başına gəlsə, onda Aynur hansı yollara əl atardı?

Xəstə Sərhəd Nağdalıyev başına gələnlər haqqında başda ölkə başçısı İlham Əliyev olmaqla səhiyyə nazirliyinə, baş prokurorluğa və yaşı qədər ümid bağladığı digər müvafiq orqanlara şikayət məktubu göndərmişdir ki, onun bu hala düşməsində yalnız həkim səhlənkarlığı başlıca rol oynayıb. Eyni zamanda, Aynur Vəliyevanın cəzalandırılması əsas tələb kimi qoyulub.

Verilən məlumata görə, xəstəni iflic edən Aynur Vəliyeva heç nədən qorxub çəkinmədiyini və ona heç bir şey edilməyəcəyi haqqında Qazax Diaqnostikasında ağızdolusu danışır. Bunu da adi hal kimi başa düşürük. Bu yalnız Vəliyevanın şəxsi fikri ola bilər. Hər halda hələ ki, qanunlarımız işləyir. Təki Dövlət Sığorta Şirkətinin Qazax rayon şöbəsinin mütəxəssisi, yataq xəstəsi Sərhəd Nağdalıyevin yastığı yüngül olsun, tezliklə ayağa qalxsın!
Dia.az