Bələdiyyə sədri özünü Dəli Domrul elan etdi: - “Bu körpü pulludur”
28-08-2015, 15:33
Oxunub: 2 754
Azərbaycanda qeyri-adi hadisə baş verib - ilk dəfə olaraq pullu körpü peyda olub.
Virtualaz.org saytı xəbər verir ki, həmin pullu körpü İsmayıllı rayonunun Aşağı Zərnava kəndində açılıb. “Açılışı” isə yerli məmurlardan biri edib.
Yerli sakinlərin sözlərinə görə, bu kənddəki körpüdən keçmək həmişə pulsuz olsa da son vaxtlar ondan istifadə etməyə görə pul ödəmək tələb olunur. Körpünün üstünə artıq mühafizəçi qoyulub. O, gəlib-gedənlərdən pul tələb edir.
Mühafizəçi körpünün niyə pullu olması barədəki suallara belə cavab verib: “Bu körpü yerli bələdiyyə sədrinin vəsaiti hesabına tikildiyi üçün pulludur. Bələdiyyə sədri körpüdən keçənlərdən pul almağı tələb edir. Qiyməti də özü qoyub”.
Özünü Dəli Domrul elan edən bələdiyyə sədrinin bir keçid üçün nə qədər haqq qoyması isə məlum deyil.
Bolgexeber.com
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 25-03-2024, 17:47 : Zamiq Hüseynov: “Kiminsə sözü məni narahat etmir”
Şou-Biznes / Xəbərlər