BolgeXeber.Com » Bölgə » Füzuli rayonunun Araz Dilağarda və Araz Zərgər kəndlərinə mavi yanacaq verildi-FOTOLAR

Füzuli rayonunun Araz Dilağarda və Araz Zərgər kəndlərinə mavi yanacaq verildi-FOTOLAR

28-08-2015, 15:44
Oxunub: 7 412 Füzuli rayonunun Araz Dilağarda və Araz Zərgər kəndlərinə mavi yanacaq verildi-FOTOLARFüzuli rayonunun Araz Dilağarda və Araz Zərgər kəndlərinə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilmişdir

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, “Azəriqaz” İstehsalat Birliyinin nümayəndələri, rayonun idarə, müəssisə, hüquq mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak etmişlər.

Bolgexeber.com xəbər verir ki, Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev açılış mərasimində çıxış etmiş, respublikamızda əhalinin təbii qaza olan təlabatını təmin etmək məqsədi ilə həyata keçirilən genişmiqyaslı tədbirlərdən danışmışdır. Alı Alıyev qeyd etmişdir ki, prezident cənab İlham Əliyevin tapşırıqlarına və Dövlət Proqramına uyğun olaraq rayonun 39 yaşayış məntəqəsindən 37-i artıq qazlaşdırılmış, 4 və 5 nömrəli Qayıdış qəsəbələrinin isə qazlaşdırılması yaxın günlərdə həyata keçiriləcəkdir. Bildirmişdir ki, bununla da Füzuli rayonunun qazlaşdırılması tam başa çatdırılacaqdır.
Alı Alıyev kənd sakinlərini əlamətdar gün münasibəti ilə təbrik etmişdir.
Açılış mərasimində bildirilmişdir ki, Araz Dilağarda və Araz Zərgər kəndlərinin işıq, su, qaz, yol ilə bağlı sosial qayğıları tam həll olunub, əhali məcburi köçkünlər üçün nəzərdə tutlan bütün imtiyazlardan istifadə edirlər. Hər iki kənddə məktəb, tibb məntəqəsi fəaliyyət göstərir, torpaq islahatı aparılıb, hər bir məcburi köçkün pay torpağı ilə təmin olunub.
Qeyd edək ki, 289 abonenti olan Araz Dilağarda və Araz Zərgər kəndlərində ümumilikdə 24528 metr uzunluğunda birpilləli sistem əsasında müxtəlif diametrli polad və politilen borularla daşıyıcı və məhəllə daxili qaz kəmərləri çəkilmiş, 289 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.
Mərasimdə çıxış edən qəsəbə sakinləri göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Sonda rəmzi məşəl yandırıldı və evlərə mavi yanacağın verilməsinə baxış keçirildi.