BolgeXeber.Com » Bölgə » Başçı əlillərin də torpağını yağmalayır – Gədəbəydə

Başçı əlillərin də torpağını yağmalayır – Gədəbəydə

28-08-2015, 15:43
Oxunub: 3 612 Başçı əlillərin də torpağını yağmalayır – GədəbəydəGədəbəy rayonunu girdabına almış məmur özbaşınalıqları saymaqla bitmir

İcra başçısı Ramiz Yediyarovun hələ də rəhbərlik etdiyi korrupsioner məmur kontingentinin Gədəbəydə hədəfə aldığı əsas zümrə məhz yerli sahibkarlar və iş adamlarıdır.

Ramiz Yediyarov rayonun ən münbit torpaqlarını öz qohumlarının və yaxın adamlarının adlarına alaraq sənədləşdirməklə məşğuldur.
İcra başçısının gözünə xoş gələn torpaq sahəsinin artıq başqa bir şəxsə məxsus olduğu aşkarlandıqda isə, icra başçısı bütün prinsipləri bir kənara ataraq, həmin ərazini sadəcə zor gücünə zəbt edir.
Bizimdovr.az yazıb ki, rayonun hətta əlil vətəndaşları belə torpaq məsələlərində ciddi haqsızlıqlara məruz qoyulurlar.
İcra başçısının birinci müavini Qüdrət Paşayev və Aqrar islahatlar üzrə müavin Rüstəm Nağıyev əlbir olaraq, ikinci qrup əlil Sürəyya Məmmədovaya məxsus olan torpaq sahəsinin təxminən 4 sotunu qeyri-qanuni olaraq onun əlindən alıblar.
Torpaq problemi ilə bağlı daha bir Gədəbəy sakini müraciət edib. Maraqlıdır ki, bu vətəndaş da II qrup əlildir.
Amma Sürəyya Məmmədovadan fərqli olaraq, Miskinli kənd sakini Fazil Abdullayev əlil statusunu 2011-ci ildə Xocavənddə hərbi xidmətdə olarkən, döyüş şəraitində yaralandıqdan sonra alıb.
Fazil Abdullayev bildirib ki, bir müddət bundan əvvəl o, ev tikmək və məişət şəraitini yaxşılaşdırmaq məqsədilə qanunla müəyyən olunmuş qaydada torpaq sahəsi almaq üçün Gədəbəy Rayon İcra Hakimiyyətinə müraciət edib.
Şikayətçinin deməyinə görə, onu qəbul edən icra başçısı məsələni həll etməyi həmin vaxt Aqrar islahatlar üzrə müavini olan Rüstəm Nağıyevə tapşırıb.
Amma bu tapşırıq necə verilibsə, Fazil Abdullayev indiyə kimi torpaq sahəsi ala bilmir.