BolgeXeber.Com » Xəbərlər » Keçmiş polisi “Lexus”da öldürən şəxs kriminal aləmə bağlı olub-FOTO

Keçmiş polisi “Lexus”da öldürən şəxs kriminal aləmə bağlı olub-FOTO

29-08-2015, 13:24
Oxunub: 5 889 Keçmiş polisi “Lexus”da öldürən şəxs kriminal aləmə bağlı olub-FOTO“Biz reket deyilik, lakin hamı bizimlə hesablaşır”

Avqustun 28-nə keçən gecə Nizami rayon Əzimzadə küçəsi 20 ünvanında baş vermiş dəhşətli qətl hadisəsini törədən 1982-ci il təvəllüdlü Rövşən Həsənov barədə şok faktlar üzə çıxıb.

Bolgexeber.com AzNews.az-a istinadən xəbər verir ki, keçmiş polis əməkdaşını güllələyərək öldürən həmin şəxs kriminal aləmə yaxın adam olub.

Məlumata görə, R. Həsənovun “oğru aləmi”ndə xeyli dostları var. Deyilənləri onun “Facebook” sosial şəbəkəsindəki statuslarından da görmək olar.Keçmiş polisi “Lexus”da öldürən şəxs kriminal aləmə bağlı olub-FOTO

Daha çox kriminal xəbərləri paylaşan, bu sahəyə aid statuslar yazan Rövşən Həsənovun “oğru dünyasına” marağı dərhal görünür.

O statuslarından birində özü barədə demək olar ki, açıq məlumat verib:

“Biz qanuni oğrular deyilik, lakin anlayışlı insanlar bizə dəyər verirlər. Biz reket deyilik, lakin hamı bizimlə hesablaşır. Biz silahlanmamışıq, lakin həmişə təhlükəliyik. Bizi heç yerdə gözləmirlər, lakin bizi görməyə hər yerdə şaddırlar. Biz azıq, lakin biz vahidik. Biz – azərbaycanlılarıq”.

Onun kriminal aləmlə yaxınlığını “Facebook” hesabında yayımladığı video da sübut edir. Doğum günündə çəkilmiş videoda meyxanaçılar - Rəşad Dağlı və Pərviz Bülbülə, yalnız kriminal aləmə aid meyxanalar deyir və Rövşən Həsənovu tanınmış avtoritetlərin davamçısı kimi təqdim edirlər. Hətta onlar söylədikləri meyxanaların birində “Vaxtında Mamed gedən yolları indi də Rövşən gedir aşikarə” deyə vurğulayıblar.

Məlumat üçün qeyd edək ki, Rövşən Həsənəv ”Facebook”da öz adı ilə qeydiyyatdan keçmədiyi üçün həmin profili qeyd etmirik.


Bildirək ki, qeydiyyatdan keçdiyi ad da kriminal aləmə aid ləqəbdir.

Qeyd edək ki, N.İbrahimovu həmyerlisi Rövşən Həsənov aralarında yaranan münaqişə zəminində “Makarov” tapançasından açdığı 8 güllə ilə qətlə yetirib. Respublika Prokurorluğunun məlumatında bildirilir ki, saat 01 radələrində 1982-ci il təvəllüdlü Rövşən Həsənov Nadir İbrahimovu şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zəminində “Makarov” markalı tapançadan ona 8 dəfə atəş açaraq qətlə yetirib.Keçmiş polisi “Lexus”da öldürən şəxs kriminal aləmə bağlı olub-FOTO

Hadisə yerindən özünəməxsus “Lexus” markalı 10-VM-006 dövlət qeydiyyat nişanlı avtomobillə uzaqlaşarkən “Chevrolet” markalı avtomobillə toqquşub. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı xəsarət almış R.Məmmədov xəstəxanaya yerləşdirilib.

Nadir İbrahimov 3 saylı Şəhər Kliniki Xəstəxanasına aparılsa da, onu xilas etmək mümkün olmayıb. Hadisəni törədən Rövşən könüllü olaraq Nizami Rayon Polis İdarəsinin 25-ci polis bölməsinə gələrək istintaqa təslim olub. O, “Makarov” markalı tapançanı və patron darağını təhvil verib.

Qətlə yetirilən 1975-ci il təvəllüdlü Nadir İbrahimov keçmiş polis işçisi olmaqla yanaşı, adı qalmaqallarda hallanan “Butastone” tikinti şirkətinin təsisçilərindən biri olub. Daha maraqlı fakt isə budur ki, qətlə yetirilən N.İbrahimov həmin şirkətdə şəriki olan Namiq Əsədovla uzun müddətdir ki, konfliktdə imiş. N.Əsədov isə bir müddət əvvəl “Beynəlxalq Bank işi” ilə əlaqədar tutulan və daha sonra sərbəst buraxılan iş adamı Nizami Piriyevin qaynıdır.
Bolgexeber.com

Keçmiş polisi “Lexus”da öldürən şəxs kriminal aləmə bağlı olub-FOTO
Keçmiş polisi “Lexus”da öldürən şəxs kriminal aləmə bağlı olub-FOTO