BolgeXeber.Com » Ölkə » Hacı İbrahimdən daha bir şikayət - 150 min dolları vermir

Hacı İbrahimdən daha bir şikayət - 150 min dolları vermir

29-08-2015, 15:36
Oxunub: 3 420 Hacı İbrahimdən daha bir şikayət - 150 min dolları vermir"Avesta" Konserninin rəhbəri Hacı İbrahim Nehrəmlidən daha bir şikayət var

Futzal üzrə ölkə birinciliyində çempion olduqdan sonra dağılan "Xazar Aylands" klubunun baş məşqçisi və oyunçuları hələ də maaşlarını ala bilməyiblər.

Bu barədə məlumatı "Xazar Aylands" klubunun baş məşqçisi olmuş Elnur Qəmbərov Qaynar.info-ya açıqlamasında bildirib: "Hər gün ofisinə maaşımı almaq üçün gedirəm. Ancaq hər dəfə Hacı mənə "sabah gəl" deyir. 18700 dollar maaşımı verməyib. Üstəlik, qələbə qazandığımız 4 oyunun premiyası. Hələ mən çempionluğa görə bizə çatmalı olan pul mükafatını nəzərdə tutmuram. Üst-üstə təxminən 20 min dollar mənə borcu var. Oyunçulara isə 120-130 min dollar verməlidir".

Qəmbərov bildirir ki, dünən ofisə getsə də, ona yenə maaşı verilməyib: "Onun mühafizə xidmətinin əməkdaşı ilə danışdım. Yanında adamlar vardı deyə, məni içəri buraxmadılar. Amma dedilər ki, bəlkə pul oldu. Axşama qədər gözlədim. Sonra mənə dedi ki, sabaha qaldı. Mən isə dedim ki, ayıbdı, istəmirəm".

Qeyd edək ki, Hacı İbrahim Nehrəmlinin "Beynəlxalq Bank işi" ilə bağlı maddi durumu pisləşib.
Bolgexeber.com