Tanınmış yazardan maraqlı TƏKLİF - FOTO
26-09-2015, 16:57
Oxunub: 4 360
Tanınmış şair və jurnalist Əvəz Qurbanlı azyaşlıların təhsili mövzusunda maraqlı təkliflə çıxış edib
Gənc yazar "Facebook" sosial şəbəkəsindəki şəxsi profilində belə bir status paylaşıb:
"Milli Məclisə, Təhsil Nazirliyinə və mövzu ilə bağlı digər səlahiyyətli qurumlara təklifim var. Yapon məktəbindən çəkilmiş bu şəkildə çox ibrətamiz metoddan istifadə edilir: partaya qoyulmuş süni maneə şagirdlərin yazı yazarkən qarşı tərəfə çox əyilməsinə imkan vermir və bununla da onların onurğa sütununun düzgün inkişafı təmin edilir. Azərbaycanda da bu üsuldan istifadə edilərsə, çox sevindirici olar. Beləliklə, sağlam gələcəyimizi formalaşdırmaq üçün çox önəmli bir addım atmış olarıq.
Qlobal yeniliklərin, inkişaf edən texnologiyaların müasir insanı daha çox oturaq işə vadar etdiyi bir dövrdə bel-onurğa xəstəliklərinin kəskin artması bütün dünyada olduğu kimi, Azərbaycanda da qabarıq şəkildə hiss edilir. Bu fəlakətin qarşısını almaq üçün indidən tədbirlər görməliyik ki, sonra bədəlini ağır şəkildə ödəməyək", - deyə Əvəz Qurbanlı öz statusunu tamamlayır.
Bolgexeber.com
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər