BolgeXeber.Com » Siyasət » Donbasdakı rus muzdlular Rusiyaya qaçır

Donbasdakı rus muzdlular Rusiyaya qaçır

29-09-2015, 09:50
Oxunub: 3 326 Donbasdakı rus muzdlular Rusiyaya qaçırRus muzdluları arasında Donbasda döyüşən şəxslərin oktyabrda Suriyaya göndəriləcəyi haqqında informasiya yayılıb

Axar.az xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində ukraynalı hərbi ekspert Dmitri Timçuk paylaşıb. Onun sözlərinə görə, Donetskdə yerləşən rus ordusu artıq Rusiyaya aparılıb:

“Donbasda qondarma “Donbas Respublika Qvardiyası” çökdürülür. Onun tərkibində döyüşən rus muzdlular özlərinin əmək haqlarının ödənilməməsini bəhanə gətirərək, Rusiyaya getməyə çalışırlar. Əsas məqsəd Suriyaya göndərilməməkdir. Artıq Donbasda qvardiyanın rəhbərləri kimi tanınan “Çekist” və “Talib” ləqəbli şəxslərə oğurluğa görə axtarış elan edilib”.
Bolgexeber.com