İranda arvadına görə 1800 kişi həbsdədir
1-10-2015, 10:03
Oxunub: 3 110
İranda çox vaxt dəbdəbəli və bahalı olan toy məclislərinin pulunu bəyin ailəsi ödəyir
İran həbsxanalarında borca görə həbs olunan məhbusların 70 faizini boşanma zamanı həyat yoldaşlarına maddi təzminat (mehriyyə) ödəyə bilməyən kişlər təşkil edir. Bunu İranın Ehtiyaclı Məhbuslara Yardım və Qqan Oulu Işləri üzrə qeyri hökumət təşkilatının sədri Əsədullah Cövlayi deyib.
Ə.Cövlayi bildirib ki, ölkədə gənc ailələr arasında maarifləndirmə işləri aparılmalıdır və mehriyyə təyin olunan zaman gənclərin maddi durumu nəzərə alınmalıdır.
İranın Ehtiyaclı Məhbuslara Yardım və Qan Pulu Işləri üzrə qeyri hökumət təşkilatının xəbər saytının (ipro.ir) məlumatına görə, hazırda 1800-dən çox kişi mehriyyə ödəyə bilmədiyi üçün həbsxanalardadır.
Qeyd edək ki, İranda çox vaxt dəbdəbəli və bahalı olan toy məclislərinin pulunu bəyin ailəsi ödəyir. Boşanan qadına “mehriyyə”ni isə ər qaytarmalıdır. Əksər vaxt böyük məbləğlər olur və kişilər boşanmadan sonra bu məbləği ödəyə bilmədikləri üçün neçə illər borc içində qalmalı olurlar.
İran Parlamentinin ötən il təsdiqlədiyi qanuna əsasən, boşanma zamanı qadına ödəniləcək mehriyyənin miqdarı 110 "Bahar-Azadi" qızıl sikkə təyin olunub. Ölkədə mövcud qanunvericiliyə görə, mehriyyə kəbin kəsilərkən ailə quran tərəflər arasında müəyyən olunur. Kəbinə xüsusi qeyd olan mehriyyənin miqdarı boşanma zamanı qadına ödənilməli məbləğ olaraq əsas götürülür.
110 sikkədən artıq mehriyyənin təyin olunması isə ərin maddi durumundan asılıdır. (Hər bir sikkə 1 milyon tümən – yəni təqribən 300 dollardır). Bu həm sikkə olaraq və ya onun dəyərində torpaq, vəsait və digər şeylər olaraq qadına ödənilə bilər. Lazımi ödənişin edilməməsi həbsxana cəzası ilə nəticələnə bilər.
İranın Vətəndaşlıq Vəziyyəti Aktlarının Əhalinin siyahıya alınması bürosunun direktoru Əli Əkbər Məhzun deyir ki, İranda hər saat başına 19 boşanma halı qeydə alınır. 2014-cü ildə 163 573 boşanma qeydə alınıb. Boşananların ən yüksək faizinin paytaxt Tehranda qeydə alındığı bildirilir
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 16-03-2024, 09:49 : Forum iştirakçılarının sayı rekord həddədir
Analitika / Xəbərlər
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 1-03-2024, 16:14 : Xərçəng xəstəsi olan Zeynəbin səhhəti pisləşdi
Şou-Biznes / Xəbərlər
- 1-03-2024, 16:44 : İcra başçısı Milli Məclisin deputatı ilə birlikdə Qaradağlı kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub
Bölgə / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 13-03-2024, 12:37 : Beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir
Analitika / Xəbərlər
- 1-03-2024, 19:46 : Qəzzada həlak olanların sayı açıqlandı
Dünya / Xəbərlər
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 5-03-2024, 14:57 : İcra başçısı Milli Məclisin deputatı ilə birlikdə şəhid anası Sitarə Əzizovanı 70 illik yubileyi münasibəti ilə ziyarət ediblər
Bölgə / Xəbərlər