BolgeXeber.Com » Xəbərlər » Fond sədri qaçqınların pulunu yeyir - Biznes

Fond sədri qaçqınların pulunu yeyir - Biznes

9-10-2015, 16:37
Oxunub: 3 394 Fond sədri qaçqınların pulunu yeyir - BiznesMəcburi Köçkünlərin Sosial İnkişafı Fondunun yeni rəhbəri dövlət vəsaitlərinin böyük bir qismini mənimsəyir

Bolgexeber.com xəbər verir ki, qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üçün Fonda ayrılan pullar məmur tamahının qurbanı olmaqdadır.
AzFakt.com-a daxil olan məlumatda bildirilir ki, Fərhad Təhməzov qardaşlarını başına yığaraq fondu ailə şirkətinə çevirib.
Bu fonda deputat Ayaz Orucov rəhbərlik edirdi. Onun Fondda yaratdığı korrupsiya mühitinə görə vəzifədən alındığı sirr deyil. Bəzi iddialara görə Orucov Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun qəzəbinə tuş olub.
Onun yerinə təyinat alan Fərhad Təhməzovun Əli Həsənova yaxın şəxs olması da bu iddiaları daha da gücləndirir.
Fərhad Təhməzov isə gözləntiləri doğrultmadı. Elə ilk günlərdən “Qaçqınkom”un şöbə müdiri Elman İsmayılovla əlbir olaraq qəsəbələrin tikilməsi üçün ayrılan vəsaitlər üzərində nəzarəti ələ keçirib.
Həmin qəsəbələrin tikintisi zamanı isə mal və materialların, həmçinin əmək qüvvəsinin qiymətlərini bir neçə dəfə şişirtməklə külli miqdarda korrupsiyaya yol verdiyi qeyd olunur.
Qəsəbələrin tikilməsi üçünsə vəsaiti Dövlət Neft Fondu verir. Ümumiyyətlə isə Məcburi Köçkünlərin Sosial İnkişafı Fondunun əsas fəaliyyətini Dövlət Neft Fondu maliyyələşdirir.
Tikilən binalara ayrılan vəsaitin demək olar ki, yarıdan çoxu mənimsənilir. Fərhad Təhməzov özü məmur olduğu üçün mənimsədiyi milyonları qardaşlarının vasitəsilə özəl sahəyə yönəldir. Təhməzov “çirkli pulları” qardaşları vasitəsilə “yuyur”.
Qardaşlarından biri Ataş Təhməzov tikinti sahəsində, digər qardaş Qoşqar Təhməzov isə səhiyyə sahəsində kommersiya fəaliyyəti ilə məşğul olurlar. Neft Fondundan ayrılan pulların böyük əksəriyyəti də məhz Fərhad Təhməzovun qardaşlarının kommersiya qurumlarına yönləndirilir.
Mənimsənilən vəsaitlərin bir hissəsi ofşor zonalarına yönləndirilir və ordan da həmin vəsait xarici banklarda, xüsusən ərəb banklarında yerləşdirilir.
Elman İsmayılovla əlbir olaraq Bərdədə də salınmış yeni qəsəbədə evlərin paylanması zamanı mənzillərin bir çoxunu satıb. Belə ki, Elman İsmayılıov və Fərhad Təhməzov 7 mərtəbəli binanın 1-ci və 7-ci mərtəbəsində olan mənzilləri qanunauyğun şəkildə, püşkatma yolu ilə paylayıblar.
Amma 2-ci, 3-cü, 4-cü, 5-ci və 6-cı mərtəbədəki mənzilləri köçkün olmayan şəxslərə satıblar. 2 otaqlı mənzillərin 5000 manata, 3-4 otaqlı mənzillərin isə 7000 manata satıldığı bildirilir.
Alıcıların böyük əksəriyyəti köçkün olmayanlardır və onların da bir qismi orduda qulluq edən zabitlərdir. Həmin binada 50-yə qədər mənzil alan şəxsin isə köçkünlərlə heç bir əlaqəsi olmadığı qeyd olunur. Yazıda adı keçən vəzifəli şəxslərin mövqeyini dərc etməyə hazırıq.