BolgeXeber.Com » Xəbərlər » Tanınmış hərəkatçıdan başçıya sərt sözlər

Tanınmış hərəkatçıdan başçıya sərt sözlər

9-10-2015, 16:49
Oxunub: 2 809 Tanınmış hərəkatçıdan başçıya sərt sözlər“Oğul ona deyərəm ki, “Qaradağ”dakı “d” hərfini “b” hərfi ilə əvəz edib özəlləşdirsin"

“Süleyman Mikayılov Qaradağı şəxsi mülkünə çevirib. Mən deyirəm ki, yaxşı tanıdığım bu adamın, “duxu” çatırsa, gedib otursun Şuşada – Qarabağı şəxsi mülkünə çevirsin.
Bizim kənddəki qonşumuz Semanın oğlu Mürsəl müəllimin də əlinə özündən yekə səlahiyyət verib Lökbatanda oturtsan, o da oranı şəxsi mülkünə çevirə bilər”.
Bolgexeber.com xəbər verir ki, bunu Qaradağın icra başçısı Süleyman Mikayılov haqda Milli Azadlıq Hərəkatının tanınmış lideri Fərəməz Allahverdiyev deyib.
O, azinforum.az –a bildirib ki: “Oğul ona deyərəm ki, “Qaradağ”dakı “d” hərfini “b” hərfi ilə əvəz edib özəlləşdirsin. O zaman o adamın bütün neqativliklərini bağışlamaq olar – Semanın əziz ruhu haqqı…”
Bolgexeber.com