Saxta sənədlərlə kredit alanlara cinayət işi açıldı
9-10-2015, 17:57
Oxunub: 3 271
“TBC Kredit” Bank olmayan kredit təşkilatı MMC-dən saxta sənədlər əsasında kredit alınması barədə Dövlət Neft Şirkətindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb
Baş Prokurorluqdan Bolgexeber.com-a verilən məlumata görə, araşdırmalar zamanı adları istintaq yolu ilə müəyyənləşdirilən vəzifəli şəxslərin vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə ayrı-ayrı vətəndaşların şəxsiyyət vəsiqələrini və iş yerləri barədə arayışları saxtalaşdıraraq “TBC Kredit” MMC-dən aldatma yolu ilə 8.0 min manat məbləğində krediti ələ keçirməklə qeyd olunan cəmiyyətin qanunla qorunan mənafelərinə zərər vurmalarında şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 320.1 (rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) və 320.2-ci maddələri ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə cinayəti törətmiş şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Çox Oxunanlar
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər