BolgeXeber.Com » Xəbərlər » Xalq artisti Nuriyyə Əhmədova vəfat etdi-Vəsiyyət

Xalq artisti Nuriyyə Əhmədova vəfat etdi-Vəsiyyət

10-10-2015, 10:03
Oxunub: 3 133 Xalq artisti Nuriyyə Əhmədova vəfat etdi-VəsiyyətBu gün səhər saatlarında Azərbaycan Respublikasının xalq artisti Nuriyyə Əhmədova vəfat edib

Bolgexeber.com xəbər verir ki, mərhumun dostu, aktyor Əjdər Dadaşov öz Feysbuk səhifəsində yazıb. N.Əhmədova Mərdəkanda dəfn olunacaq. Bu barədə “AzNews.az”-a mərhumun yaxın Elşad Yusifov məlumat verib. O, bildirib ki, mərhumə oğlunun yanında dəfn olunacaq: “Vəsiyyət edib, deyib ki, “məni oğlumun yanında dəfn edin”. E.Yusifov onu da bildirib ki, dəfn bu gün saat 14-16 radələrində baş tutacaq. Nuriyyə Əhmədova 1950-ci il dekabr ayının 26-da Bakıda anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsini bitirib. Əmək fəaliyyətinə Musiqili Komediya Teatrında başlayıb. Kinoya ilk gəlişi 1982-ci ildə "Mozalan" süjetlərində çəkildikdən sonra olub.
Allah rəhmət eləsin!
Bolgexeber.com