BolgeXeber.Com » Xəbərlər » “Reklamın qiyməti deputatın 1 illik maaşı qədərdir” - MSK üzvü etiraz etdi

“Reklamın qiyməti deputatın 1 illik maaşı qədərdir” - MSK üzvü etiraz etdi

10-10-2015, 11:23
Oxunub: 2 680 “Reklamın qiyməti deputatın 1 illik maaşı qədərdir” - MSK üzvü etiraz etdiMSK üzvü Akif Qurbanov İctimai Televiziyanın namizədlər üçün ayrılmış pullu efir vaxtının qiymətlərinə etiraz edib

“Qafqazinfo” xəbər verir ki, MSK-nın bugünkü iclasında çıxış edən A. Qurbanov deyib ki, televiziya təşviqatla bağlı çox ciddi rəqəm açıqlayıb: “ Biz reklam siyasətinə qarışa bilmərik. Amma MSK eyni zamanda seçkilərin hazırlanmasına,keçirilməsinə cavabdeh olan qurumdur: “ İctimai Televiziya dövlət büdcəsindən maliyyələşir. Təsəvvür edin ki, prime time da reklamın qiyməti bir deputatın bir illik maaşı qədərdir”.
Bolgexeber.com