BolgeXeber.Com » Siyasət » Müsavat Partiyası seçkilərdə iştirakdan imtina etdi

Müsavat Partiyası seçkilərdə iştirakdan imtina etdi

28-10-2015, 17:04
Oxunub: 3 183 Müsavat Partiyası seçkilərdə iştirakdan imtina etdiMüsavat Partiyası parlament seçkilərində iştirakını dayandırıb

Müsavat başqanı Arif Hacılı bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, bu barədə qərar Müsavat Divanının bu gün keçirilən növbədənkənar iclasında qəbul olunub.

Qərardan irəli gələn məsələlərin həlli Müsavat Partiyası Mərkəzi Seçki Qərargahına tapşırılıb.

A. Hacılı ümid etdiyini bildirib ki, Müsavat Partiyasının deputatlığa namizədliyi qeydə alınan üzvləri partiyanın seçkilərdə iştirakının dayandırılması barədə qərarını düzgün qəbul edəcək və seçkidə iştirakı dayandıracaq.

O, qedy edib ki, bununla belə, Müsavat Partiyasının müşahidəçiləri Mərkəzi Seçki Komissiyasında qeydə alınıb və Müsavat Partiyası seçkiləri müşahidə edəcək, bu sahədə fəaliyyətini REAL və NİDA ilə əlaqələndirəcək .