BolgeXeber.Com » Siyasət » Dəyərli seçicilər, əziz soydaşlar!

Dəyərli seçicilər, əziz soydaşlar!

30-10-2015, 18:07
Oxunub: 3 391 Dəyərli seçicilər, əziz soydaşlar!Parlament seçkilərinin kompaniyasının olduqca vacib mərhələsi - canlı görüşlər və təşviqat təbliğat kompaniyası başa çatmışdır

Noyabrın 1-də ölkəmizdə dövlətimiz üçün olduqca mühüm əhəmiyyət kəsb edən parlamentə səsvermə keçiriləcəkdir. Əminəm ki, ölkəmizdə mövcud olan siyasi sabitlik, əmin-amanlıq, xalq və prezidentin sıx birliyi səsvermənin böyük fəallıqla, demokratik və azad şəkildə keçirilməsini təmin edəcəkdir.
Milli Məclisə seçkilərdə namizəd kimi qatıldığım 60 saylı Salyan-Neftçala seçki dairəsində keçirdiyim görüşlərdə fəal iştirak etdikləri, dövlətimizin ölkə prezidenti İlham Əliyevin ünvanına deyilən xoş sözlərə və mənə verilən dəstəyə, bölgənin sosial problemlərinin həllilə bağlı irəli sürülən dəyərli təkliflərə görə bütün seçicilərimə, namizədlər üçün yaradılan bərabər və yüksək səviyyəli imkanlara, Mərkəzi və Dairə seçki komissiyalarına, təhlükəszliyimizi təmin etdiyi üçün DİN Salyan rayon polis şöbəsinin əməkdaşlarına, elektron və yazılı mətbuatda məni yüksək peşəkarlıqla təbliğ etməkdə imkanlarını əsirgəməyən jurnalist dostlarıma səmimi təşəkkürümü bildirirəm.
Əziz seçicilər!
Sizi bir daha noyabr ayının 1-də seçkilərdə aktiv iştirak etməyə dəvət edirəm. Əminəm ki, fəal şəkildə səsvermədə iştirak edəcək, vətənpərvər, dövlətimizə, xalqımıza, sədaqətlə xidmət edən peşəkar siyasətçiyə səs verəcəksiniz.
Sağ olun.
Allah amanında.

Dərin hörmət ehtiramla,
Fəzail Ağamalı