BolgeXeber.Com » Dünya » Nemtsov ölümündən sonra mükafat aldı

Nemtsov ölümündən sonra mükafat aldı

17-11-2015, 13:04
Oxunub: 3 225 Nemtsov ölümündən sonra mükafat aldıRusiyanın qətlə yetirilən müxalifət lideri Boris Nemtsov demokratiyanın inkişafı və insan haqlarının qorunması naminə gördüyü işlərə görə ölümündən sonra Sergei Magnitsky beynəlxalq mükafatına layiq görülüb

Noyabrın 16-da Londonda keçirilən təqdimatda mükafat Nemtsov-un qızı Zhanna-ya təqdim olunub.

«Hermitage Capital» Fondunun hüquqşünası Sergei Magnitsky-nin adına olan bu beynəlxalq mükafat yenidir, ilk dəfədir ki laureatları bəlli olub.

Sergei Magnitsky 2009-cu ildə Moskva istintaq təcridxanasında ölüb. «Hermitage Capital» Fondu hesab edir ki, o, böyük məbləğdə büdcə vəsaitinin mənimsənilməsini açdığına görə təqib olunurdu.

Mükafat 9 nominasiya üzrə verilib. Laureatlar arasında «Magnitsky siyahısı»nın təşəbbüskarı, Belçikanın sabiq baş naziri Guy Verhofstadt, «EU Observer» nəşrinin jurnalisti, Britaniyanın LBC radiosunun aparıcısı və başqaları da var.

Sergei Magnitsky adına mükafat Avropa ölkələri, ABŞ və Kanadadan olan bir neçə beynəlxalq təşkilatların iştirakı ilə təsis olunub.
Bolgexeber.com