BolgeXeber.Com » Bölgə » Bakıda müsabiqədə iştirak edən rəsm kursu üzvləri mükafatlandırılıb-Hacıqabulda

Bakıda müsabiqədə iştirak edən rəsm kursu üzvləri mükafatlandırılıb-Hacıqabulda

28-11-2015, 12:53
Oxunub: 4 198 Bakıda müsabiqədə iştirak edən rəsm kursu üzvləri mükafatlandırılıb-Hacıqabulda“Azərbaycançılıq və milli şüur ideyası” mövzusunda rəsm müsabiqəsinin yekun tədbiri keçirildi

27.11.2015-ci il tarixində Hacıqabul rayon Heydər Əliyev Mərkəzində “Azərbaycançılıq və milli şüur ideyası” mövzusunda rəsm müsabiqəsinin yekunu ilə bağlı Hacıqabul rayon Heydər Əliyev Mərkəzində qalib dərnək üzvlərinin mükafatlandırılması keçirildi.

Heydər Əliyev Mərkəzinin direktoru çıxış edərək bildirdi ki, noyabrın 20-də Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzinin təşkilatçılığı və Azərbaycan Dövlət Rəsm Qalereyasının dəstəyi ilə Xətai Sənət Mərkəzində “Azərbaycançılıq və milli şüur ideyası” mövzusunda rəsm müsabiqəsinin yekun tədbiri keçirildi. Müsabiqədə Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin Rəsm kursunun iki üzvü də iştirak etdi.10 rəsimlə müsabiqəyə qatıldılar.İbrəhimov İxtiyar Anar oğlu II yerə laiq görüldü.Zülfəliyev Sadiq Qulam oğlu isə həvəsləndirici diplom aldı.Rəsim dərnəyinin müəllimi Zülfəliyeva Fəridə Məhəmməd qızı Fəxri fərmanla mükafatlandırıldı.Sonra Rəsm kursunun müəllimi Fəridə Zülfəliyeva, kurs üzvü İbrəhimov İxtiyar, Tarix Diyarşünaslıq muzeyinin direktoru Məhəmməd İsayev çıxış etdilər, müsabiqə haqqında öz təəsuratlarını tədbir iştirakçıları ilə bölüşdülər.Hacıqabul rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Elnur Əmrəslanovun adından müsabiqədə iştirak etmiş rəsm kursunun üzvləri və müəllimi hədiyyə ilə mükafatlandırıldı.Sonda müsabiqə üçün göndərilən rəsmlərə tamaşa etdilər, rayonun İcra Hakimiyyətinin nümayəndəsi, rəssam Soltanov Ramiz şəkillər haqqında öz fikirlərini gənc rəssamlara bildirdi.Sonda xatirə rəsimləri çəkildi.

Aytən Zülfəliyeva,
Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin direktoru
Bolgexeber.com
Bakıda müsabiqədə iştirak edən rəsm kursu üzvləri mükafatlandırılıb-Hacıqabulda
Bakıda müsabiqədə iştirak edən rəsm kursu üzvləri mükafatlandırılıb-Hacıqabulda
Bakıda müsabiqədə iştirak edən rəsm kursu üzvləri mükafatlandırılıb-Hacıqabulda
Bakıda müsabiqədə iştirak edən rəsm kursu üzvləri mükafatlandırılıb-Hacıqabulda