"Xəzər-Lənkəran" ciddi maliyyə problemləri ilə üzləşib
28-11-2015, 14:08
Oxunub: 4 718
"Xəzər Lənkəran" klubu bütün təcrübəli futbolçuları ilə yollarını ayırmağa qərar verib
"Report"un əldə etdiyi məlumata görə, bu barədə rəhbərliklə komanda üzvləri arasında görüşdə bildirilib.Komanda üzvlərinə deyilib ki, mövsümün ilk yarısı yekunlaşdıqdan sonra yüksək ödənişli oyunçular heyətdən göndəriləcək. Ona görə də indidən hərəyə özlərinə klub axtarmaları tövsiyə olunub. Rəhbərlik bu addımı üzləşdikləri maddi problemlərlə əlaqələndirib.
Artıq müdafiəçi Rasim Ramaldanov qış fasiləsini gözləmədən komanda ilə vidalaşıb. Yaxın vaxtlarda digər təcrübəlilər, o cümlədən Rahid Əmirquliyev komandanı tərk edəcək. "Xəzər Lənkəran" mövsümün ikinci hissəsində yalnız öz gənc yetirmələri ilə çıxış edəcək. Klubun xaricdə təlim-məşq toplanışı da böyük ehtimalla baş tutmayacaq. Amma Yunis Hüseynov baş məşqçi postunu tərk etməməyə qərar verib.
Qeyd edək ki, "Xəzər Lənkəran" 13 turdan sonra Azərbaycan Premyer Liqasında 12 xalla 8-ci pillədə qərarlaşıb. Klub bu gün "Zirə"nin qonağı olacaq.
Bolgexeber.com
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə