BolgeXeber.Com » Mədəniyyət » Bərdə rayon Mədəniyyət Mərkəzi yenə də qonaqlarını qəbul etdi-FOTO

Bərdə rayon Mədəniyyət Mərkəzi yenə də qonaqlarını qəbul etdi-FOTO

28-11-2015, 16:24
Oxunub: 4 239 Bərdə rayon Mədəniyyət Mərkəzi yenə də qonaqlarını qəbul etdi-FOTOTədbirdə Ağdam, Ağcabədi, Tərtər və Yevlax şəhər Mədəniyyət və Turizm şöbələrinin əməkdaşları da iştirak etdilər

27.11.2015-ci il tarixdə Bərdə rayon Mədəniyyət Mərkəzi yenə də qonaqlarını qəbul etdi. Bakı şəhərində fəaliyyət göstərən "VL" və “Xəzərim” rəqs studiyalarının yeniyetmə və gənclərdən ibarət rəqs qrupu “Milli rəqslərimiz gözəllik və birlik rəmzidir” adlı maraqlı və rəngarəng proqramla çıxış etdilər.

Bərdə rayon Mədəniyyət və Turizm şöbəsinin məsləhətçisi Validə Nabatova qonaqları salamladı, qrupun rəhbərliyinə, müəllimlərə, uşaqlara dərin təşəkkürlərini bildirdi.

Sonra Bərdə şəhər Bülbül adına 1 saylı uşaq İncəsənət məktəbinin qızlar qurupu "Bayram" rəqsini ifa etdilər. Tədbirdə Ağdam, Ağcabədi, Tərtər və Yevlax şəhər Mədəniyyət və Turizm şöbələrinin əməkdaşları da iştirak etdilər.
Bolgexeber.com
Bərdə rayon Mədəniyyət Mərkəzi yenə də qonaqlarını qəbul etdi-FOTO
Bərdə rayon Mədəniyyət Mərkəzi yenə də qonaqlarını qəbul etdi-FOTO
Bərdə rayon Mədəniyyət Mərkəzi yenə də qonaqlarını qəbul etdi-FOTO