Nardaranda su və telefon xətləri də kəsildi - Rəsmi açıqlama
28-11-2015, 17:59
Oxunub: 2 570
Hətta yanacaqdoldurma məntəqələrinin bağlandığı barədə də məlumat var
Nardaranda qaz və elektrik enerjisi verilişində yaranan problemlərdən sonra digər kommunal xidmətlərin göstərilməsində də fasilələr yaranıb. Belə ki, noyabrın 28-dən etibarən qəsəbədə telefon xətləri kəsilib, içməli suyun verilməsi dayandırılıb. Hətta yanacaqdoldurma məntəqələrinin bağlandığı barədə də məlumat var.
Qəsəbə ağsaqqalı Natiq Kərimovun cebhe.info-ya verdiyi məlumata görə, əhaliyə kommunal xidmət göstərilmir: “Səhər saatlarından etibarən içməli suyun verilməsi dayandırılıb. Bununla yanaşı telefon xətlərimiz kəsilib, yaxınlıqdakı yanacaqdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb. Cənazələrinin qaytarılması istiqamətində danışıqlar gedib. Verilən məlumata görə, günortadan sonra cənazələr torpağa tapşırılması üçün bizə qaytarılacaq. Artıq dünyasını dəyişmiş insanların ailələrinin də səbri tükənib, onlar öz qardaşlarının cənazələrini istəyirlər”.
Xatırladaq ki, bir gün əvvəl Nardarana elektrik enerjisi və mavi yanacağın verilməsi dayandırılmışdı. Əlaqədar qurumlar bunu qəsəbə abonentlərinin külli miqdarda - 43 milyona yaxın borcunun olması ilə əlaqələndirib.
"Nardaran qəsəbəsində sakinlərin telefon rabitəsində yaranan məhdudiyyət borcla bağlı deyil". Bunu isə APA-ya Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktorun müavini Xankişi Kişiyev bildirib.
Onun sözlərinə görə, qəsəbədə olan telefon stansiyasına elektrik enerjisi verilmədiyi üçün stansiyanın fəaliyyəti dayanıb: “Stansiyaya elektrik enerjisi kəsilib. Onun da batareyası tükənib”.
"Azərsu" ASC-nin mətbuat katibi Anar Cəbrayıllı isə qəsəbənin suyunun kəsilmədiyini bildirib. O, bu barədə yayılan məlumatların həqiqətəuyğun olmadığını bildirib.
Bolgexeber.com
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər