BolgeXeber.Com » Siyasət » Ərdoğan: Mən şəxsən Putinə dedim ki, türkmənləri öldürürlər

Ərdoğan: Mən şəxsən Putinə dedim ki, türkmənləri öldürürlər

22-12-2015, 12:58
Oxunub: 3 267 Ərdoğan: Mən şəxsən Putinə dedim ki, türkmənləri öldürürlər“Bayırbucakda İŞİD yoxdur”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın Suriyadakı hərbi əməliyyatını qınayaraq, bildirib ki, rusiyalı həmkarı Vladimir Putini Suriyanın şimalında yaşayan türkmənlər barədə əvvəlcədən məlumatlandırıb.

Oxu.Az NTV kanalına istinadən xəbər verir ki, bu barədə Ərdoğan Bursada, Ticarət Sənaye Palatasının iclasında deyib.

“Mən şəxsən hörmətli Putinə demişəm ki, Bayırbucakda İŞİD yoxdur, orada türkmənlər yaşayır. İndi onları öldürürlər. Onlar bizim sərhədə gələrək deyirlər ki, ölsək də öz torpağımızda qalmaq istəyirik. Bunların hamısını başa saldım”, - Ərdoğan qeyd edib.

Ərdoğan həmçinin bildirib ki, rəsmi Ankara və Moskva arasında olan münasibətlərdə krizisin yaşanmasına baxmayaraq, Rusiyaya türk ixracı artırıla bilər.
Bolgexeber.com