BolgeXeber.Com » Siyasət » Putin rejimi nə zaman devriləcək? - PROQNOZ

Putin rejimi nə zaman devriləcək? - PROQNOZ

24-12-2015, 13:04
Oxunub: 3 555 Putin rejimi nə zaman devriləcək? - PROQNOZRusiyalı müxalifətçi Mixail Xodorkovski hesab edir ki, Rusiyada Vladimir Putin rejiminin dəyişməsi 10 il çəkməyəcək

“Rejimi bu gün dəyişdirmək vəzifəsi çox nikbin görünür. Ancaq əminəm ki, bu rejimin dəyişməsi prosesi 10 il çəkməyəcək. Mənim bu istiqamətdəki cəhdlərim mühüm rol oynamayacaq. Mənim indiki vəzifəm – Rusiyadakı gənc siyasi fəallara təcrübə toplamaqda yardım göstərmək və cəmiyyətə indiki rejimin alternativini təqdim etməkdir”.

Modern.az saytı bildirir ki, müxalif siyasətçi BBC-yə müsahibəsində belə deyib.

Xodorkovskinin sözlərinə görə, uzaq yerlərə mal aparan sürücülərin etirazları artıq rejimin zəifliyinin göstəricisidir.

Dekabrın 10-da Rusiyanın Baş Prokurorluğu İstintaq Komitəsinə Mixail Xodorkovskinin fikirlərində ekstremizm olub-olmadığını yoxlamaq üçün material göndərib.

YUKOS-un keçmiş rəhbəri mətbuat konfransında Rusiya hakimiyyətinin indiki fəaliyyətini Konstitusiyaya zidd mükəmməl çevriliş adlandırıb. Bundan əlavə, onun fikrincə, Rusiyada dinc inqilab qaçılmazdır.

Rusiyalı biznesmenin və müxalifətçinin mətbuat katibi prokurorluğun Rusiyada hakimiyyət çevrilişi ilə bağlı şübhələrini rədd edərək, Xodorkovskinin qatil olmadığını bəyan edib.