Rusiya 10 ilə çökəcək - Sanksiyalar, neftin ucuzlaşması...
28-12-2015, 13:33
Oxunub: 3 333
Yaxın 10 ildə Rusiyanın çöküşü qaçılmaz olacaq
Bolgexeber.com axar.az-a istinadən xəbər verir ki, bu proqnozu “Stratfor” təşkilatı yayıb. Təşkilatın fikrincə, sanksiyalar, neftin qiymətlərinin ucuzlaşması, rublun çökməsi, hərbi xərclərin artırılması Kremlin dünyanın ən böyük ölkəsi üzərində nəzarətinin zəifləməsinə səbəb olacaq:
“Rusiya de-yure bir neçə hissəyə parçalanmayacaq. Moskva o qədər zəifləyəcək ki, ölkə faktiki olaraq muxtar regionların birliyinə çevriləcək. Hətta bu regionların özləri belə aralarındakı münasibətləri yoluna qoya bilməyəcəklər. Hakimiyyətə qarşı qiyam qalxmayacaq, amma Rusiya bir daha indiki kimi yaşamayacaq. Rusiyanın nüvə potensialı böhrana səbəb ola bilər.
Buna görə də ABŞ öz ordusu vasitəsilə bu nüvə arsenalının təhlükəsizliyini təmin edə bilər. Vaşinqton bu problemi həll edəcək yeganə qüvvədir, lakin o belə bütün raketlərə tam nəzarət etmək qabiliyyətində deyil. ABŞ bunu həll etmək üçün yollar axtaracaq. Vaşinqton hərbi variantdan istifadə edə bilər, amma bu nüvə hücumu təhdidi ucbatından mümkün olmayacaq. Buna görə də Vaşinqton regionlarda stabil və iqtisadi baxımdan münbit şərait yarada biləcək hökumətlərin hakimiyyətə gəlməsinə yardım edəcək ki, həmin silahların neytrallaşmasını reallaşdıra bilsin”.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə