BolgeXeber.Com » Siyasət » Səudiyyə Ərəbistanı İran səfirinə 24 saat vaxt qoydu: "Ölkəni tərk elə!"

Səudiyyə Ərəbistanı İran səfirinə 24 saat vaxt qoydu: "Ölkəni tərk elə!"

4-01-2016, 11:25
Oxunub: 3 143 Səudiyyə Ərəbistanı İran səfirinə 24 saat vaxt qoydu: "Ölkəni tərk elə!"Səudiyyə Ərəbistanı ilə İran İslam Respublikasının münasibətlərindəki gərginlik durmadan artır

Bolgexeber.com Publika.az-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi İrana nota verib.

İranın bu ölkədəki səfiri XİN-ə çağrılıb və ona səudiyyəli alim Ayətullah Şeyx Nimr Baqir əl-Nimrin edam edilməsi ilə əlaqədar İran rəsmilərinin verdiyi açıqlamalarla bağlı nota verilib. Səudiyyə Ərəbistanı ölkəni tərk etmək üçün İran səfirinə 24 saat vaxt verib.

Səudiyyə XİN-in rəsmiləri İrandan bu edamla bağlı açıqlamaların "düşmənçilik” münasibətlərini əks etdirdiyini vurğulayıblar.

Onu da əlavə edək ki, İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Ərəbistan dövlətini terrorçu və təkfirçi qrupları himayə etməkdə ittiham edib. Bildirib ki, qarşı tərəf ölkə daxilində öz müxalifləri ilə edam və repressiya dili ilə danışır.

Bir qədər əvvəl isə Tehranda etiraz aksiyaları zamanı Səudiyyə Ərəbistanının nümayəndəliyinə hücum olub.