BolgeXeber.Com » İdman » İstedadlı türkiyəli futbolçu Azərbaycanı təmsil etmək istəmədi

İstedadlı türkiyəli futbolçu Azərbaycanı təmsil etmək istəmədi

15-01-2016, 15:45
Oxunub: 3 608 İstedadlı türkiyəli futbolçu Azərbaycanı təmsil etmək istəmədi“Biz bu təklifi qəbul etmədik”

Almaniyada böyüyən 17 yaşlı türkiyəli futbolçu Unal Altıntaş Azərbaycanın gənclərdən ibarət futbol üzrə yığmasının heyətində çıxış etməkdən imtina edib.

Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, gənc istedadın meneceri məşhur futboçu Hakan Çalxanoğlunun atası Hüseyn Çalxanoğlu bildirib ki, o və onun yetirməsi Azərbaycanın təklifinin qəbul etməyiblər.

“Biz Unal Altıntaşı Türkiyə millisi üçün saxladıq”, - Çalxanoğli deyib. - O milli komandaya uzun illər xidmət edəcək. Almaniyada onu artıq tanıyırlar. Unalı hətta Azərbaycan yığmasına da dəvət etdilər, lakin biz imtina etdik”.

Qeyd edək ki, Unal artıq Türkiyənin gənclərdən ibarət futbol üzrə yığmasında çıxış edir.