BolgeXeber.Com » Dünya » Suriyanın Türkməndağı bölgəsində Rusiya və Suriyanın 8 generalı öldürüldü

Suriyanın Türkməndağı bölgəsində Rusiya və Suriyanın 8 generalı öldürüldü

4-02-2016, 11:38
Oxunub: 2 717 Suriyanın Türkməndağı bölgəsində Rusiya və Suriyanın 8 generalı öldürüldüSuriyanın Türkiyə ilə sərhəddə - Türkməndağı bölgəsində müxalif qruplaşmalar rus və suriyalı hərbçilərinin birgə toplantısına qəfil hücum edərək, 8-i general olmaqla, 15 hərbçini məhv ediblər

Qaziler.az Anadolu Ajansı-na istinadən xəbər verir ki, bölgədəki əməliyyatları müzakirə etmək üçün Duveyrik və Səlma qəsəbələri arasında toplantı keçirən rus və suriyalı hərbçilər bir anda müxaliflərin hücumuna məruz qalıb.

Nəticədə 4-ü rus, 4-ü isə suriyalı general olmaqla, 15 hərbçi öldürülüb.

Öldürülən rus hərbçilərdən birinin Suriyadakı əməliyyatları koordinasiya edən Yuri adlı general-leytenant olduğu iddia edilib. Digər 3 rus hərbçi isə general-mayor olub.

Öldürülən suriyalı generallar isə general-mayor Amid Munzur, general-mayor Əli Cabir, general-mayor Əli Umran və general-mayor, adının əvvəli Adnan olduğu şəxsdir.
Bolgexeber.com