BolgeXeber.Com » Dünya » Bu qadın kişiləri söyməyə, döyməyə görə pul alır - FOTOLAR,VİDEO

Bu qadın kişiləri söyməyə, döyməyə görə pul alır - FOTOLAR,VİDEO

5-02-2016, 13:11
Oxunub: 4 588 Bu qadın kişiləri söyməyə, döyməyə görə pul alır - FOTOLAR,VİDEOİngiltərədə yaşayan 21 yaşlı Paiqe Baron qəribə üsulla pul qazanır

İngiltərənin Birmingem bölgəsinin Erdinqton şəhərində yaşayan Peyc Beron adlı qadın fetişistdir.

O, fetişizm tutqunu olan kişi müştərilərə "xidmət" edir.

Milli.Az TMZ-yə istinadən bildirir ki, 21 yaşlı Peycin dediyinə görə, kişi müştərilər ona "xidmət"lərinə görə yaxşı pullar ödəyirlər.

"Müştərilərimdən biri onunla it təki davranmağımı istədi. Boynuna xalta saldım, sonra küçədə gəzdirdim. Hürürdü, zingildəyirdi. Mən də onu vurur, söyürdüm. Buna görə mənə 1000 funt-sterlinq pul verdi", - Washwood Heath Road küçəsində yaşayan Peyc deyib.

Peyc it kimi davranılmasını istəyən müştərilərindən birini küçədə gəzdirərkən videosu çəkilib.

Videonu çəkən şəxs "O heyvan deyil, burax o adamı" deyəndə Peycin yanında yeriyən kişi söyləyib: "Bu adam özü belə istəyib, kimsə onu nəyəsə məcbur etməyib".

Peyc Baronun dediyinə görə, həmin kişi it olmağı arzulayıb.

"Onu küçədə gəzdirəndən sonra it yeməyi verdim, saçlarını qırxdım, başında yumurta qırdım. Sonra döydüm, it kimi hürməsini, mırıldamasını istədim. Müştərinin özü belə istəyirdi. Etdiklərimə görə əsla peşman deyiləm", - Peyc Baron söyləyib.

Peyc Baronun sözlərinə görə, müştəriləri az deyil. O, qazandığı pullara görə amazon.com onlayn dükanından bahalı əşyalar, ətirlər, mobil telefonlar, çantalar və geyim də alıb.

Birmingem polisi olayı araşdırmağa başlayıb.