BolgeXeber.Com » Dünya » Məşhur müğənni vəkili ilə evlənir (FOTO)

Məşhur müğənni vəkili ilə evlənir (FOTO)

8-02-2016, 20:04
Oxunub: 3 417 Məşhur müğənni vəkili ilə evlənir (FOTO)Türkiyənin tanınmış müğənnisi, aktyor və rejissor Mahsun Kırmızıgül evlənir

ANS PRESS-in məlumatına görə, ifaçı Ece adlı vəkil sevgilisi ilə 1 ildir görüşür.

M. Kırmızıgül sevgilisi ilə münasibətlərini rəsmləşdirmək istəyir. Cütlük 13 fevralda Los Ancelesdə toy çaldıracaq.

Mərasimə 30 nəfərin dəvət olunacağı bildirilir. Tədbirə ifaçının tanınmış həmkarları da qatılacaq.

Kırmızıgül sevgilisinə evlənmə təklifi etdiyi zaman 5 min dollarlıq (7 min 926 AZN — red.) üzük hədiyyə edib.

Türkiyənin daha bir məşhur aktyoru Kıvanç Tatlıtuğ da növbəti həftə evlənəcək. Aktyorun iki ildir birlikdə olduğu stilist sevgilisi Başak Dizer ilə 14 fevralda nikah mərasimi olacaq. Toy Parisdə baş tutacaq.


Aktyor nikah mərasimində iştirak edəcək ailəsi ilə yanaşı 50 yaxın dostu üçün Parisə təyyarə bileti alıb. Cütlük evləndikdən sonra Tatlıtuğun yeni aldığı evdə yaşayacaq. Ev Başak Dizerin zövgü ilə təmir olunub. Tanınmış cütlük Türkiyədə də toy etməyi planlaşdırır.
Məşhur müğənni vəkili ilə evlənir (FOTO)
Məşhur müğənni vəkili ilə evlənir (FOTO)