BolgeXeber.Com » Bölgə » Ənvər Seyidəliyevin başı ağrıyacaq... - 2 milyon manat "yoxa çıxıb"...

Ənvər Seyidəliyevin başı ağrıyacaq... - 2 milyon manat "yoxa çıxıb"...

10-02-2016, 12:14
Oxunub: 2 610 Ənvər Seyidəliyevin başı ağrıyacaq... - 2 milyon manat "yoxa çıxıb"..."Söhbət təxminən 2 milyon manata yaxın büdcə vəsaitinin talanmasından gedir"

Ağsu rayon icra hakimiyyətinin fəaliyyətinin araşdırılması üşün Maliyyə Nazirliyi və Hesablama Palatası tərəfindən ekspert qrupu yaradılıb. Bu barədə DİA.AZ-a hökumətdəki mötəbər mənbə informasiya verib.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun yaxın qohumu olması səbəbindən bu günə qədər bir çox "şıltaqlıqlarına" göz yumulan Seyidəliyev üçün artıq bütün güzəşt limitləri dolub. Bunu vurğulayan mənbəaçıqlamasında əlavə edib ki, Ağsuda icra hakimiyyətinə və yerli idarə və müəssisələrə 2015-ci ildə dövlət büdcəsindən ayrılmış vəsaitlərin xərclənməsində ciddi yeyinti hallarına yol verildiyindən belə bir qərara gəlinib.

Mənbənin dia.az-a söylədikləri: "Söhbət təxminən 2 milyon manata yaxın büdcə vəsaitinin talanmasından gedir. Burada kimin günahkar olmasından asılı olmayaraq cəzalar çox sərt olacaq. Hələlik araşdırma aparılır. Və nazir qohumu belə başçının dadına yetişə bilməyəcək".

Əlavə bilgilərimiz olacaq. Qarşı tərəfi də dinləməyə hazırıq...
Bolgexeber.com