ABŞ-ın Nebraska ştatı Xocalı qətliamını tanıdı – FOTO
11-02-2016, 12:11
Oxunub: 3 054
Bəyannaməni Nebraskanın qubernatoru imzalayıb
ABŞ-ın Nebraska ştatının qubernatoru Pit Riketts bəyannamə imzalayaraq fevralın 26-sını bütün Nebraska ştatında “Xocalını Anma Günü” elan edib və ştat sakinlərini bu günü hüznlə yad etməyə çağırıb.
Bu barədə Oxu.Az-a Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan məlumat verilib.
Məlumata görə, konsulluğa daxil olan bəyannamədə Xocalı qətliamı dəhşətli faciə kimi pislənilib.
Qeyd edək ki, bu bəyannamə, Nebraska ştatında Xocalı qətliamı ilə bağlı qəbul edilən ilk sənəddir.
Sənəddə 24 il əvvəl - 1992-ci ilin 26 fevralında Xocalı qətliamı zamanı 600-dən çox günahsız mülki əhalinin, o cümlədən çoxlu sayda uşaq, qadın və qocaların kütləvi şəkildə qətlə yetirildiyi bildirilir.
“Human Rights Watch” təşkilatının bu qətliamı regionda baş verən ən böyük kütləvi qırğın adlandırdığı vurğulanaraq qeyd olunub ki, bu dəhşətli hadisə dünya xalqları arasında qarşılıqlı anlaşma, ünsiyyət və tolerantlığın nə qədər zəruri olduğunu göstərir.
Bəyannamə, eyni zamanda Nebraska ştatının dövlət katibi Con Qeyl tərəfindən də imzalanıb. Beləliklə, ABŞ-da Xocalı qətliamını tanıyan və pisləyən ştatların sayı 18-ə çatıb.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 25-03-2024, 17:47 : Zamiq Hüseynov: “Kiminsə sözü məni narahat etmir”
Şou-Biznes / Xəbərlər