BolgeXeber.Com » Şou-Biznes » Kənan M.M: "Mən "qoluboy" deyiləm"

Kənan M.M: "Mən "qoluboy" deyiləm"

12-02-2016, 12:18
Oxunub: 4 147 Kənan M.M: "Mən "qoluboy" deyiləm"Tanınmış rejissor sosial şəbəkədə onu sevməyənlərə bir neçə sətir həsr eləyib

Milli.Az xəbər verir ki, rejissor Kənan M.M. İnstagram-ında onu gözü götürməyən şəxslərə bu sözləri yazıb:

"Mən özümdən razıyam, amma kafir deyiləm, mən lovğayam, amma vətən xaini deyiləm, mən yekəxanayam, amma haram yemirəm. Mən təkəbbürlüyəm, amma "qoluboy" deyiləm, mən kobudam, amma kimsənin haqqına girmirəm.

Özümü sevənəm, amma mən tanımadığım insan haqqında qəti rəy vermirəm.

Mən Allahın mənə verdiyi ömrün saat və dəqiqələrindən boş yerə istifadə edib qiybət eləmirəm. Bəs sən, sən necəsən?

İnsan qəlbinin içini bilən yalnız Allahdır, sonda qərarı da Allah verəcək".
Bolgexeber.com