BolgeXeber.Com » Gündəm » Gəncə Gömrük İdarəsinin rəisi prezidentin dəstəyini öz maraqlarına yönəldir?

Gəncə Gömrük İdarəsinin rəisi prezidentin dəstəyini öz maraqlarına yönəldir?

12-02-2016, 15:49
Oxunub: 3 223 Gəncə Gömrük İdarəsinin rəisi prezidentin dəstəyini öz maraqlarına yönəldir?Dövlət qulluqçularının adı əlvan metal biznesinə qarışdı….

Ötən həftə mediada Gömrük İdarəsinin Rafiq adlı əməkdaşının Gəncə Gömrük İdarəsi ilə sövdələşməyə girərək, öz qohumuyla külli miqdarda əlvan metal ixracını gerçəkləşdirdiyi barədə məlumat yayılmışdı. Məlumatda bu işləri həmin əməkdaşın qohumlarına aid “Camaloglu LTD” şirkəti ilə birlikdə gördüyü qeyd olunur. Azərbaycanda böhran simptomlarının və dollar ajiotajının qarşısını almaq üçün dövlətin bütün iqtisadi rıçaqları, Mərkəzi Bankın və Dövlət Neft Fondunun valyuta rezervləri səfərbər olunduğu zamanda bəzi işbazların belə davranması yolverilməzdir.
Həmçinin, qeyd edək ki, dövlət başçımız da dəfələrlə məmurların biznesə qarışmasına və işbazlara himayədarlıq etməsinə qarşı çıxıb, bu cür hallara son qoymaq üçün dəfələrlə tapşırıqlar verib. “Camaloglu” kimi şirkətlər isə prezidentimizin iş adamlarına yaratdığı şəraitdən sui-istifadə edir.
Qafqaz Xəbər agentliyinin məlumatına görə “Camaloglu LTD” şirkətinin fəaliyyətinə nəzər salındığı zaman, bu şirkətin 06.11.2015 tarixində Gəncə Şəhər Ərazi Vergilər İdarəsindən VÖEN alaraq, “Konditer” adlanan zavodun həyətində qanunsuz yerləşdiyi, standartlara cavab verməyən metaləritmə sexi qurması barədə məlumatlar da var.
Mənbə bildirir ki, İqtisadiyyat Nazirliyinin Gəncə İdarəsi tərəfindən də həmin şirkətə latun külçələrinin hazırlanmasına dair yoxlanılmadan sertifikat verilib.Məsələ ilə bağlı Gəncə Gömrük İdarəsi və Tovuz Gömrük İdarəsi ilə əlaqə saxlamağa çalışdıq, lakin cəhdlərimiz boşa çıxdı.
Bolgexeber.com