BolgeXeber.Com » Dünya » Dünyanın ən böyük pitonu "saxlanıldı" VİDEO

Dünyanın ən böyük pitonu "saxlanıldı" VİDEO

13-04-2016, 09:47
Oxunub: 3 845 Dünyanın ən böyük pitonu "saxlanıldı" VİDEOMalayziyada 8 metr uzunluğu olan piton “saxlanılıb”

Malayziyanın Penanq adasında tikinti meydançalarının birində uzunluğu 8 metr uzunluğunda piton tutulub. O, insanların indiyədək aşkarladığı ən uzun ilan olmaqla, Meduza adlı digər pitonun “dünya rekordunu” yeniləyib.

Mülki Müdafiə Xidmətinin əməkdaşının sözlərinə görə, onlara tikinti aparılan ərazidən zəng gəlib və briqada ləngimədən ora yollanıb. Xilasedicilər yolunu azmış pitonu 30 dəqiqə ərzində neytrallaşmağa nail olublar.

Bundan sonra hamı ilanı əllərində tutaraq fotoşəkil çəkdirməyə can atıb. Lakin bu o qədər də asan olmayıb –dünyada insan əli dəyən ən uzun pitonunun çəkisi 250 kiloqramdan çoxdur.