BolgeXeber.Com » Dünya » Kim Çen İn bunu da etdi-Şimali Koreyda cins geyimlər qadağan edildi

Kim Çen İn bunu da etdi-Şimali Koreyda cins geyimlər qadağan edildi

19-04-2016, 09:14
Oxunub: 3 778 Kim Çen İn bunu da etdi-Şimali Koreyda cins geyimlər qadağan edildiŞimali Koreya hökuməti pirsinqi, eləcə də cins və digər Qərb geyimlərini qadağan edib

Cebhe.info “The Telegraph”a istinadən xəbər verir ki, qanun hakim Əmək Partiyasını VII qurultayı ərəfəsində təsdiqləndikdən sonra qüvvəyə minib. Qurultayın 2016-cı ilin mayında keçirilməsi nəzərdə tutulur.
Kim Çen İn bunu da etdi-Şimali Koreyda cins geyimlər qadağan edildi

Ölkədə əhalinin xarici görünüşünə buna cavabdeh olan müfəttişlər nəzarət edəcək. Onlar əsasən küçələrdə gəzəcək və geyim qaydasını pozanlara qarşı tədbirlər görəcəklər. Nəzarət əsasən Çinlə sərhəd olan Xamqen və Yaqando vilayətlərdində həyata keçiriləcək. Həmin bölgələrdən Qərbin təhlükəsini ölkəyə buraxmamaq tapşırığı verilib.

Qeyd edək ki, ölkədə kişilər diktator Kim Çen İn kimi saç düzümü etməli və saçlarıın uzunluğu 2 sm-dən artıq olmamalıdır. Qadınların isə diktatorun xanımı Li Sol Çju kimi saç düzümü etməsi vacibdir.