Şuşanın işğal günü müharibə başlayacaq? - ŞƏRH
3-05-2016, 13:54
Oxunub: 3 471
Qarabağ münaqişəsi yeni müstəviyə qədəm qoyub
Yerli və xarici ekspertlər artıq problemin həll olunma vaxtının yetişdiyini düşünür. Bunun üçün isə sülh danışıqlarında konkret addımlar atılmalıdı. Ölkə rəhbərliyi əvvəlkindən fərqli olaraq daha sərt mövqe nümayiş etdirir və ermənilərdən bir an öncə torpaqlarımızı tərk etməyi tələb edir.
Xarici ekspertlər də danışıqlar prosesində bir an öncə konkret qərarların verilməsinin vacibliyini vurğulayır. Tanınmış rusiyalı politoloq Qriqori Trofimçuk Qarabağdakı aprel müharibəsindən sonra da sülh prosesində ciddi irəliləyişin olmamasının, ərazilərin boşaldılmasına başlanmamasının olduqca təhlükəli olduğunu deyib.
Politoloq bildirib ki, atəşkəsdən dərhal sonra Bakının nəzarəti altında rayonların azad olunması ilə bağlı danışıqlar başlanmalı idi. Lakin bu, baş vermədi. Trofimçuk bildirib ki, Azərbaycan beynəlxalq hüquqdan istifadə edib işğalçını daha sərt cəzalandırmaq üçün yenindən gücə əl atmalı olacaq. Gərginlik Şuşanın işğal gününə təsadüf edə bilər.
Məsələ ilə əlaqədar açıqlama verən politoloq Elxan Şahinoğlu bildirib ki, Azərbaycanla Ermənistan arasında vəziyyətin yenidən gərginləşəcəyi haqda dəqiq tarix vermək çətindir: "Şuşa bizim üçün müqəddəs şəhərdir. Şuşanın işğalını bunlar həmişəki kimi qeyd etsələr, yenidən bizim əsəblərimizə də toxunacaqlar".
Elxan Şahinoğlunun sözlərinə görə, Azərbaycan istənilən halda həmin gün erməni mövqelərinə zərbələr endirə bilər: "Bu bizim hüququmuzdur. Amma dəqiq tarix vermək çətindir. Bu Şuşanın işğalı günü və ya başqa gün də ola bilər. Həqiqət bundan ibarətdir ki danışıqlar prosesi getmir. Beynəlxalq vasitəçilər, o cümlədən Rusiya Ermənistana təsir etmir ki, Qarabağ ətrafındakı rayonları boşaltsın. Bütün bu halları nəzərə aldıqda müharibə ehtimalı getdikcə çoxalır. Amma dəqiq tarix bilinmir".(qaynarinfo)[center][/center]
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər