BolgeXeber.Com » Dünya » Bu gün Ümumdünya Mətbuat Azadlığı Günüdür

Bu gün Ümumdünya Mətbuat Azadlığı Günüdür

3-05-2016, 13:59
Oxunub: 2 239 Bu gün Ümumdünya Mətbuat Azadlığı GünüdürBu gün Ümumdünya Mətbuat Azadlığı Günüdür

Bu il Ümumdünya Mətbuat Azadlığı Günü davamlı inkişafın təmin edilməsində azad mətbuatın roluna həsr olunub.

Bu münasibətlə YUNESKO tərəfindən təşkil ediləcək əsas tədbir Helsinkidə keçiriləcək. Tədbirdə YUNESKO-nun baş direktoru İrina Bokova və Finlandiya prezidenti Sauli Niinisto iştirak edəcək.

Qeyd edək ki, 1993-cü ildə BMT-nin Baş Assambleyası 3 may tarixini Ümumdünya Mətbuat Azadlığı Günü (World Press Freedom Day) elan edib. Bu qərar olan YUNESKO-nun Baş Konfransının işinin nəticəsi olub. Belə ki, 1991-ci ildə qəbul edilmiş "Dünyada mətbuat azadlığının təmin edilməsinə yardım haqqında" qətnamədə Baş Konfrans azad, plüralist və müstəqil mətbuatın istənilən demokratik cəmiyyətin mühüm komponenti olduğunu tanıyıb.