BolgeXeber.Com » Bölgə » Bərdədə Hərbi Vətənpərvərlik mövzusunda müsabiqə keçirildi-FOTO

Bərdədə Hərbi Vətənpərvərlik mövzusunda müsabiqə keçirildi-FOTO

4-05-2016, 16:18
Oxunub: 4 544 Bərdədə Hərbi Vətənpərvərlik mövzusunda müsabiqə keçirildi-FOTOCıxışlardan sonar müsabiqəyə start verildi və müsabiqədə 57 nəfər iştirakçı münsiflər heyətinin secimi ilə müvafiq yerlərə layiq görüldülər

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə Yeni Azərbaycan Partiyasının Bərdə rayon təşkilatı, Bərdə rayon Mədəniyyət və Turizm Şöbəsi və Bərdə rayon Gənclər və İdman idarəsi Hərbi Vətənpərvərlik mövzusunda müsabiqə keçirdilər. Müsabiqə Bərdə Rayon uşaq musiqi və incəsənət məktəbləri arasında keçirildi.
Tədbiri giriş sözü ilə açan Bərdə rayon Mədəniyyət və Turizm Şöbəsinin məsləhətcisi Validə Nabatova müsabiqə iştirakcılarını salamladı və qeyd etdiki bu tədbirin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmasını Ümummilli Liderin vətənə olan sevgisi və Azərbaycan xalqında vətənpərvərlik hissinin dahada artmasına xidmət etməsindən irəli gəldiyini bildirdi.
Bərdə rayon Gənclər və İdman idarəsinin rəisi Anar Şahbazov cıxışında vətənə sevgidən və ulu öndərin Azərbaycan xalqına xidmətlərindən danışdı.
Cıxışlardan sonar müsabiqəyə start verildi və müsabiqədə 57 nəfər iştirakçı münsiflər heyətinin secimi ilə müvafiq yerlərə layiq görüldülər.


Oxuma üzrə I-yer

1. Məmmədov Elnur Valeh oğlu – Ü.Hacıbəyov “Türkün bayrağı” (2 №-li uşaq musiqi məktəbi)
2. Məmmədov Taleh Vahid oğlu – “Qarabağ şikəstəsi” ( 4 № uşaq incəsənət məktəbi)
3. Allahverdizadə Eyvaz Elnur oğlu – B. Nəsibov “Qarabağ” (Divanlı kənd uşaq musiqi məktəbi)
4. Zamanova Zibər Baxşeyiş qızı – Ü.Hacıbəyov “Şəfqət bacısı” (Kolayır kənd uşaq musiqi məktəbi)



II-yer

1. Rüstəmov Elvin Ramiz oğlu – Şahin Musa “Cənab Leytenant” (3 №-li uşaq musiqi məktəbi)
2. Məhərrəmli Orxan Nofəl oğlu – “Heyratı” ritmik muğamı (4 №-li uşaq incəsənət məktəbi)
3. Bərxudarov Eltac Qara oğlu – “Heyratı” ritmik muğamı (Kətəlparaq kənd uşaq musiqi məktəbi)
4. İsmayılzadə Sənan Rəfayıl oğlu – Ş. Axundova “Mehriban olaq” (Divanlı kənd uşaq musiqi məktəbi)



III-yer

1.Əşrəfov Nahid Hikmət oğlu – Abbas Bağırov “Azərbaycanım” (1 №-li uşaq incəsənət məktəbi)
2. Məmmədov Elçin Valeh oğlu – A.Səmədzadə “Azərbaycan” (2 №-li uşaq musiqi məktəbi)
3. Yaşazadə Elnur Rəvan oğlu – E.Sabitoğlu “Sıravi Əhməd” (Kolayır kənd uşaq musiqi məktəbi)
4. Həmidov Rauf Azər oğlu – Ç.Mustafayev “Mən şəhid oldum” (4 №-li uşaq incəsənət musiqi məktəbi)



Şer üzrə

I-yer - Əzizli Əli Faiq oğlu – “Azərbaycan əsgəri” (3 №-li uşaq musiqi məktəbi)
II-yer - Şirinov Eşqin Səyavuş oğlu – “Azərbaycan bayrağı” ( 2 №-li uşaq musiqi məktəbi)
III-yer - Bağırzadə Fidan Namiq qızı – M.Araz “Ayağa qalx Azərbaycan” (Kətəlparaq kənd uşaq musiqi məktəbi)



Xalq çalğı üzrə

I-yer - Mirmöhsumzadə Mirmöhsüm Mirhafız – Ü.Hacıbəyov “Uvertura” ( 2 №-li uşaq musiqi məktəbi)
II-yer - İsrafilov Amil Taleh oğlu – “Misri qılıncı”(saz) (Kolayır kənd uşaq musiqi məktəbi)
III-yer - Nəcəfov Xəyal Habil oğlu – “Cəngi”(tar) (3 №-li uşaq musiqi məktəbi)
Bolgexeber.com
Bərdədə Hərbi Vətənpərvərlik mövzusunda müsabiqə keçirildi-FOTO
Bərdədə Hərbi Vətənpərvərlik mövzusunda müsabiqə keçirildi-FOTO
Bərdədə Hərbi Vətənpərvərlik mövzusunda müsabiqə keçirildi-FOTO