Keçmiş sevgilisi azərbaycanlı müğənnini ölümlə hədələyir - FOTO/VİDEO
4-05-2016, 18:36
Oxunub: 4 062
Azərbaycanlı müğənni Afaq Aslan çətin günlərini yaşayır
Milli.az-a açıqlama verən ifaçı bildirib ki, artıq xeyli müddətdir ki, keçmiş sevgilisi tərəfindən ölümlə hədələnir və şantaj edilir:
"Artıq xeyli müddətdir ki, yaradıcılığımdan uzaq düşmüşəm. Şəxsi həyatımda yaranan problemlərə görə bir çox yerlərdən uzaq düşdüm. Bu günə qədər susdum, dedim bəlkə düzələr. Amma demək istəyirəm ki, keçmiş sevgilim tərəfindən təzqiqlərə məruz qalıram. Şantaj olunuram, ölümlə hədələnirəm. Artıq, demək olar ki, mənim həyatım təhlükədədir.
Bu adam mənim "Instagram" səhifəmin parolunu sındırıb və orada mənim adımdan aidiyyətsiz paylaşımlar edib. Bu sözləri deməkdə məqsədim odur ki, sabah mənim başıma bir şey gəlsə, bilsinlər ki, bunu keçmiş sevgilim edib. Bu insan mənlə barışmaq, ailə qurmaq üçün bir çox variantlara əl atır. Amma məni anlamayan insanla ailə qura bilmərəm".
A.Aslan onu da əlavə edib ki, başına gələn son hadisələrdən sonra mahnı da ifa edib: "Atıq hər şeyi unuduram. Həyatda yeganə stimul alacağım iş, sənətimdir. Həyatımı hansısa insanın yalanı, üstündə qurmaq istəmirəm. Öz biznesimi qurmuşam. Kiminsə də maddi dəstəyinə ehtiyacım yoxdur. Elə buna görə də "sözləri meyxanaçı Vüqar Əbdülova, musiqisi Fərahim Sadiqə məxsus "Ehtiyacım yox" adlı mahnı ifa etdim. Düşünürəm ki, uzun fasilədən sonra ifa etdiyim bu yeni mahnı dinləyicilər tərəfindən seviləcək".
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə