BolgeXeber.Com » Bölgə » Şamaxıda qanvermə aksiyası keçirilmişdir

Şamaxıda qanvermə aksiyası keçirilmişdir

4-05-2016, 19:44
Oxunub: 2 772 Şamaxıda qanvermə aksiyası keçirilmişdirMayın 4-də Şamaxı Müalicə Diaqnostika Mərkəzində qanvermə aksiyası keçirilmişdir

Talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədilə rayonda keçirilən növbəti qanvermə aksiyasında rayonun icra strukturlarının nümayəndələri, idarə və təşkilatların kollektivləri, YAP Şamaxı Rayon Təşkilatının üzvləri və rayonda fəaliyyət göstərən təhsil, səhiyyə müəssisələrinin işçiləri yüksək fəallıq nümayiş etdirmişlər. Qan vermək üçün 300 nəfərdən çox rayon sakini müraciət etmiş, 120 nəfərdən qan götürülmüşdür.
Aksiyada iştirak edənlər qan xəstəliklərindən əziyyət çəkənlər üçün könüllü qan verməyin xeyirxah iş olduğunu bildirmiş, belə aksiyalarda yaxından iştirak etməyin vətəndaşlıq borcu olduğunu qeyd etmişlər.
Aksiya zamanı əldə olunan qan ehtiyatı Respublika Mərkəzi Qan Bankına göndərilmişdir.
Bolgexeber.com