BolgeXeber.Com » İdman » Azərbaycan Kubokunun final matçı Bakıda olacaq

Azərbaycan Kubokunun final matçı Bakıda olacaq

5-05-2016, 14:20
Oxunub: 3 298 Azərbaycan Kubokunun final matçı Bakıda olacaqFutbol üzrə Azərbaycan Kubokunun final matçı bölgədə keçirilməyəcək

Bu barədə "Report"a Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev məlumat verib.
Onun sözlərinə görə, "Qarabağ"la "Neftçi" arasındakı qarşılaşma paytaxt stadionlarından birində təşkil olunacaq. R.Musayev stadionun adının mayın 6-da hər iki klubun nümayəndələri ilə görüşdən sonra açıqlanacağını bildirib: "Gəncə şəhər stadionunda süni işıqlandırma yoxdur. Bu halda gərək oyunu gündüzə təyin edək. Amma mayın sonlarında isti hava şəraitində orada günorta saatlarında oyunun keçirilməsi münasib deyil. Qəbələ şəhər stadionunda ötən il final görüşünü təşkil etmişik. Ona görə də matçın paytaxtdakı təbii örtüklü stadionlardan birində təşkili daha yaxşı olardı. Bu gün 17 yaşadək futbolçular arasında Avropa çempionatı başlanır. Sabah klubları bir araya gətirib müzakirə aparacağıq və ən əlverişli qərarı qəbul edəcəyik".
PFL prezidenti final oyunu üçün münasib stadionların adlarını da çəkib. Onun sözlərinə görə, mövsümün son görüşü Bakı Olimpiya Stadionu və "Dalğa Arena" ilə yanaşı, "Bakcell Arena" və hətta "Əlincə Arena"da da keçirilə bilər. R.Musayev bildirib ki, "Bakcell Arena" "Neftçi"yə məxsus olsa da, "Qarabağ"ı da qane edər. "Əlincə Arena"nın isə tamaşaçı tutumu və şəraiti də belə məsul görüşün təşkili üçün əlverişlidir.
Qeyd edək ki, final matçı mayın 25-də keçiriləcək.