BolgeXeber.Com » BÖLGƏ TV » Evakuator sürücüsü ilə vətəndaş arasında mübahisə - VİDEO

Evakuator sürücüsü ilə vətəndaş arasında mübahisə - VİDEO

5-05-2016, 20:13
Oxunub: 2 726 Evakuator sürücüsü ilə vətəndaş arasında mübahisə - VİDEOBakıda evakuator avtomobili düzgün parkinq etmədiyi üçün cərimə meydançasına aparıb

Bu hadisə ətrafdakı sakinlərdən birinin kəskin tənqidinə səbəb olub. Belə ki, gənc oğlan evakutorun avtomobili qoşğuya qoşaraq aparmasına etiraz edib.

Videonu çəkən gənc bu cür avtomobili cərimə meydançasına aparmağın qanunsuz olduğunu deyib. Ancaq evakuator sürücüsü və ərazidəki polis sakinin bu iradına məhəl qoymayıb.

Bəziləri avtomobili yalnız avakuatorun üzərinə qaldıraraq aparılmasının düzgün olduğunu deyir. Digərləri isə avtomobili qoşğuya qoşaraq aparmağın qanun pozuntusu olmadığını iddia edir. Videonu izləyərək siz də bu hadisə olan münasibətinizi bildirə bilərsiniz.