BolgeXeber.Com » Bölgə » Balakəndə Zeynal Əliyev kabusu

Balakəndə Zeynal Əliyev kabusu

6-05-2016, 09:44
Oxunub: 3 483 Balakəndə Zeynal Əliyev kabusuBalakən rayonunda məmur özbaşnalığının vətəndaşları bezdirdiyini sübüt edən sübütlar ölkə mediasında yer alıb

Balakəndə rüşvət-korrupsiya içərisində itib-batan, çabalayan istənilən qədər irili, xırdalı məmurları nümunə göstərmək olar. Çünki burada hər bir kəs vəzifəyə varlanmaq üçün gəlir. Elə təəssürat yaranır ki, paytaxtdan beş yüz (500) km aralıda yerləşdiyinə görə, buralara mərkəzi hakimiyyət vaxtlı-vaxtında nəzarət edə bilmir. Məhz belə çatışmamazlıqlar rayon məmurlarının iştahasını bir az da iti edir.
Balakəndə məmurların qazandıqlarının böyük hissəsi dövlətin büdcəsindən talan olunan vəsaitlər hesabına əldə edilib. Rayonun qeyri-rəsmi kuratoru dövlət neft şirkətinin prezidenti Rövnəq Abdullayevin qudası Zeynal Əliyevdir. Rayonun icra başçısı, hamının rivizor adlandırdığı İslam Rzayevi də əyləşdiyi postda Zeynal Əliyevin qudası əyləşdirib. Buna görə də ona qeyri-rəsmi tabeçilik göstərir.Əgər belə olmasaydı, Balakən rayonu Sarıbulaq kənd sakini Rövşən Baratovun başına gətirilən oyunlara susmazdı. Rövşən Baratovun cumhuriyyet.az-a dedikləri: “Mən uzun illərdir ki, fermer təsərrüfatı ilə məşğul oluram. Bəzi məmurlar, onların arxasında gizlənmiş işbazlar biz fermerlərə əkin-biçin işində, mal-heyvan təsərrüfatlarının inkişafında açıqca maneçilik törədirlər. Balakən rayonunda yem zavodu, toxumçuluq şirkəti var. Şirkətin rəhbəri Zeynal Əliyev, dövlət neft şirkətinin prezidenti Rövnəq Abdullayevin rrqudasıdır. Bu adam deyir ki, mən heç kimdən qorxmuram və hər yerdə də mənim dediyim olmalıdır. Günlərin birində Zeynal Əliyev mal-qara saxlamaq üçün, torpaqların əkilib becərilməsi üçün mənimlə notarial qaydada müqavilə imzaladı. Bu işlərin həyata keçirilməsi üçün Zeynal müəllim bir qədər maliyyə vəsaitləri də sərf etdi ki, kənd sakinlərinə payla və torpaqları icarəyə götür. Mən onun dediyi kimi etdim. Pulu torpaq sahələrinin sahibləri olan şəxslərə payladım və torpaqları icarəyə götürdüm. Biz həmin torpaqlarda müqaviləyə görə buğda əkməli idik və əldə olunan məhsulun faizini Zeynal Əliyevə təhvil verməli idik. Müqaviləyə görə, buğda biçildikdən dərhal sonra həmin sahələrə qarğıdalı əkilib becərilməli idi. Bütün bunlara görə Zeynal Əliyev bizlərə aylıq əmək haqqı və digər texniki, aqrotexniki avadanlıqlar verməli idi. Ancaq Zeynal müəllim müqavilənin şərtlərinə əməl etmədiyinə görə torpaqlar əkilməmiş boş qaldı, bütün sahələri alaq otları və kol-kos basdı. Zeynal Əliyev məni xəbərdar etmədən müqaviləni ləğv edib məni məhkəməyə verdi və məndən külli miqdarda pul tələb etmək haqqında iddia qaldırdı. Mən onun mal-heyvanına da baxmışam. Mən əziyyət haqqımı tələb etdikdə, o saxta imzalarla mənə qarşı saxta sənəd düzəltdirib məhkəməyə təqdim etdi. Güya ki, mən onun mal-heyvanını kəsib satıb pulunu mənimsəmişəm. Balakən məhkəməsi sifarişli qərar qəbul etdi və mənim əleyhimə pulun ödənilməsi ilə bağlı qərar çıxardı. Ancaq rayon prokurorluğu şikayətimə əsasən həmin imzaları Bakı şəhərinə ekspertizadan keçmək üçün göndərdi və cavaba əsasən rəy verdi ki, bu sənəd saxtadır və imzaların Rövşən Baratova, yəni mənə heç bir aidiyyatı yoxdur. Ancaq rayon məhkəməsi həmin sənədi icraata götürməkdən imtina edir. Bütün saxtakarlıqlar ortalıqda olsa da hələ də qarşı tərəf haqqında heç bir cinayət işi açılmayıb. Mən bu məsələ ilə bağlı dövlət başçısına, birinci xanıma, baş prokurora, milli məclisə müraciət etmişəm. Hər bir instansiyadan da cavab almışam ki, məhkəməyə müraciət edin. Balakən məhkəməsi də ki, sifarişlə işləyir. Bu işdə mənə problemi şəxsən icra hakimiyyətinin başçısı İslam Rzayev yaradır. Çünki o Rövnəq Abdullayevin qudası ilə çox yaxındır və vəzifəsindən qorxur. İslam Rzayev həm də Balakəndə özünün monapoliyasını yaradıb, istədiyini edir. Prezidentimiz sağ olsun həmişə sahibkarlara, fermerlərə qayğı və dəstək göstərib. Ancaq İslam Rzayev ilk gündən mənim başımdan aşağı basıb. Mənə qarşı İslam Rzayevin təzyiqləri bu gün də davam edir. Balakənin əvvəlki icra başçısı mənim işimi qiymətləndirərək, bir neçə dəfə mənə fəxri fərman verib. Ancaq indiki başçı yaxın ətrafı ilə birlikdə çirkin oyunlara girişib. Bu adam nə prezidenti sayır, nə bir qanun-qaydaya məhəl qoyur, elə istəyir ki, hamı onun cibinə işləyib, onun diktəsi ilə hərəkət etsin. Belə olmaz axı. Məni fermer kimi nə qeydiyyata almırlar, nə fermerlərin iclaslarına çağırmırlar, nə də ki, rəhbərlik heç bir işimə irəli getmək üçün şərait yaratmır. Əksinə maneçilik yaradırlar. Hazırda mən Balakən məhkəməsinin qərarından apelyasiya şikayəti verməyə hazırlaşıram. Mən üzümü tutub cənab prezidentimiz İlham Əliyevdən kömək istəyirəm. Cənab prezident, xahiş edirəm Rövnəq Abdullayevin qudası Balakəndə heç bir qanuna məhəl qoymayan Zeynal Əliyev barəsində ciddi tədbir görəsiniz. Cənab prezident, xahiş edirəm ki, sizi aldadan, sizin fəaliyyətinizi kölgə altına salan, Balakən əhalisini sizdən narazı salan, başı işbazlarla çirkin oyunlara, alverə qarışan icra başçısı İslam Rzayevi cəzalandırasınız. Ümidimiz göydə allaha, yerdə sizədir”.
Redaksiyadan: Yazıda adları keçən bütün şəxslərin də mövqeyini dərc etməyə hazırıq. Məsələni diqqətdə saxlayacağıq. Araşdırmalarımız davam edir.