BolgeXeber.Com » Bölgə » Kollec direktoru “zapravka” açıb - Sabirabadda

Kollec direktoru “zapravka” açıb - Sabirabadda

6-05-2016, 17:07
Oxunub: 4 667 Kollec direktoru “zapravka” açıb - SabirabaddaSabirabad Dövlət Sosial İqtisad Kolleci rüşvəti normaya çevirib

TİA.AZ-a verilən xəbərə görə, kollecin direktoru Mahir Tarıverdiyev təhsil ocağında öz “Boloniya sistemi”ni tətbiq edib. Bu “təhsil mexanizmi” direktorun varlanmasını və kollecdə biliyin aşağı səviyyəyə enməsini nəzərdə tutur. Direktor illərdir ki, yürütdüyü bu sistemlə kolleci talan edir.

Bir müddət əvvəl mühazirə otağında birinci kurs tələbəsi, Saatlı sakini Rəcəb Hüseynlini tələbələrin gözü qarşısında təhqir edən, ona şillə vuran direktor semestr imtahanlarında yenə də pul yığdırmağı davam etdirir.

Tələbənin əmisi Ziyafət Hüseynlinin dediyinə görə, tələbə təhqirlərə görə , direktora etirazını bildirdikdə, Mahir Tarıverdiyev onu şillə ilə vurub. Regionun korrupsiya mərkəzlərindən biri kimi tanınan Sabirabad Dövlət Sosial İqtisad Kollecində baş verən bu hadisə ölkədəki məmur özbaşınalığının daha bir nümunəsidir.

Kollecdə oxuyana qiymət verilmir. Tələbənin qiymət almasının “qiyməti var. M.Tarıverdiyev barəsində Təhsil Nazirliyinə və Baş Prokurorluq yanında Korrupsiya qarşı Mübarizə İdarəsinə müraciət olunub. Yay semestr imtahanları qabağı yenə pul toplayan direktorun əməllərinin araşdırılmasına zərurət var.

Merilən məlumatda o da bildirilir ki, kollec direktorunun Sabirabadın bazarkomu Seyid və oğlu ilə işbirliyi var. Bu işbliriyi kollecin ərazisində reallaşıb. Bazar sahiblərinə qazdoldurma məntəqəsi açmağa şərait yaradılıb. Bu şəraiti yaratmaqda kollec direktorunun mənfəət güdməsi şübhəsiz ki, var. Amma bu məntəqənin fəaliyyətə başlamasına necə icazə verildiyi qaranlıq qalır.

Görünür, Tarıverdiyev bu biznesə şərikdir. Hər halda aidiyyatı qurumlar dərhal belə bir təhlükəli addım atılmasına reaksiya verməlidir. Çünki Hacıqabulda, Ağcabədidə, Ələt yolunda yanacaqdoldurma məntəqələrində baş verən partlayışlar insan tələfatına səbəb olub.

Bu məntəqələr Nazirlər Kabinetinin razılıq olduqdan sonra fəaliyyətə başlaya bilər. Təlimata əsasən bu məntəqələr təhsil müəssisələri, yaşayış evləri, ictimai binalardan 50 metr məsafədə tikilə bilər. Ancaq bu “zapravka” kollecə yaxın tikilib. 95 müəllimin işlədiyi, 630 tələbənin təhsil aldığı kollecdə “zapravka” açan biznesmen direktor nə onların təhlükəsizliyini düşünür, nə məsuliyyətini.

TİA.AZ-a rayon sakinləri adından bildirilib ki, Fövqəladə Hallar Nazirliyi dərhal hərəkətə keçməli və bu məsələni araşdırmalıdır. Müraciətdə o da deyilib ki, təhsil naziri Mikayıl Cabbarov da kollecdə rüşvət yığılması barədə şikayətlərin araşdırılması üçün komissiya göndərsin.
Bolgexeber.com